Ölkəmizdə elektromobil və hibrid avtomobillər üçün infrastruktur var? - Ekspertdən AÇIQLAMA

Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satış gələn ildən vergidən azad edilir. Bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Ölkəmizdə elektromobil və hibrid avtomobillər üçün infrastruktur varmı? Bununla bağlı TED.az-a nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.
Ekspert bildirib ki, ölkəmizdə sürücülərin istifadə etdikləri hibrid avtomobillərinin çoxunun elekrtik cərəyanına qoşulmasına ehtiyac yoxdur:
"Hibrid avtomobillərin başqa modeli isə cərəyana qoşula bilir. Elektromobil və hibrid avtomobillərin istismarı üçün eyni şərait lazımdır. Belə ki, həmin avtomobilləri kənardan elektrik enerjisi ilə doldurmaq üçün yerlər olmalıdır. Bu avtomobillər üçün xüsusi enerji doldurma qurğuları lazımdır. Hazırda ölkəmizin bir neçə şəhər və rayonlarında sürətli enerji doldurma məntəqələri var. Elektromobil və hibrid avtomobillərin sayı artdıqca belə məntəqələrin sayının artmasına gətirib çıxaracaq.
Lakin belə avtomobillərin ehtiyat hissələrinin, servis xidmətinin, usta bazası ölkəmizdə hələ tam formalaşmayıb.Elektromobil və hibrid avtomobillərə qulluqda əsas hədəflərdən biri də texniki qulluğu bacaran ustalar yetişdirməkdir. Düşünürəm ki, növbəti ildən Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edildikdən sonra vətəndaşların bu avtomobilləri almağa maraq artacaq, - deyə Ə.Hüseynov bildirib.
Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











