“Düşünürlər ki, taksiyə minən bütün qadınlara sataşa, söz ata bilərlər”- Ekspertdən haqlı irad

“Sözsüz ki, taksi fəaliyyətinin təkmilləşməsi vacib məsələdir. Bütün problemlərin kökündə o dayanır ki, bu sahəyə nəzarət zəifdir və onu təkmilləşdirmək lazımdır ki, taksi sürücüsü işləyən şəxslər öz məsuliyyətlərini dərk etsinlər”
Bunu Adalet.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri ilə bağlı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayıb:
“Taksi sürücüləri çox yaxşı bilirlər ki, onlara nəzarət yoxdur. Amma son vaxtlar Daxili İşlər Nazirliyinin həyata keçirdiyi tədbirlər sözün həqiqi mənasında onları silkələyib. Yəni bu belə olmur, nəzarət var, vətəndaş şikayəti olursa, dərhal tədbir görülür. Bundan əvvəl yadımdadı 35 fakt aşkar edilmişdi və orda da taksi sürücülərinin xanım sərnişinlərə qarşı qeyri-etik məsələləri var idi. Ardınca bir neçə fakt da aşkar edildi və dünən nazirliyin açıqlamasından sonra məlum oldu ki, bu proses yenə də davam edir. Təəssüflər olsun ki, taksi sürücüləri arasında başıpozuq insanlar var. Onlar düşünürlər ki, taksiyə minən bütün qadınlara sataşa, söz ata, tanış ola bilərlər. Yəni buna o dərəcədə rahat cəsarət edirlər. Amma çox yaxşı haldır ki, xanımlarımız da ayıqdırlar, belə halla qarşılaşanda dərhal aidiyyatı üzrə şikayət edirlər. Ümumilikdə isə belə halların baş verməməsi üçün taksi fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var, onlara ciddi nəzarət olmaldır. Taksi sürücüsü öz üzərində bir məsuliyyət, nəzarət hiss eləsə, inanın ki, bu cür hallar baş verməyəcək. Taksi şirkətlərinin qarşısında bununla bağlı ciddi tələb qoyulmalıdır və nəzarət etmək lazımdır ki, onlar buna nə qədər əməl edirlər”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri məsuliyyətə cəlb edilib.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











