Onların sürücülük vəsiqəsi bu səbəblərdən ləğv olunacaq - AÇIQLAMA

Avropa Birliyi ölkələrində sürücülük vəsiqəsi əldə etməklə bağlı yaş senzinin yuxarı həddi müəyyənləşib.
Belə ki, bir çox ölkələrdə sürücülük hüququnun verilməsi ilə bağlı son yaş limiti 75 olaraq müəyyənləşib. Türkiyə və Rusiyada isə 65 yaşından sonra sürücülük vəsiqəsinin yenilənməsi üçün tibbi müayinədən keçmək məcbur idi.
Bəs bizim ölkəmizdə sürücülük vəsiqəsi neçə yaşdan sonra ləğv olunmalıdır?
Avtosfer.az xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə, 70 yaşdan sonra sürücülük vəsiqəsi ləğv edilməlidir. Çünki o yaş aralığında həm görmə zəifləyir, həm də reaksiyalar yavaşlayır.
Azərbaycanda 65 yaşdan yuxarı şəxslər üçün avtobus və digər nəqliyyat vasitələrini idarə etmək qadağandır. Bu yaş yalnız öz şəxsi minik avtomobilini idarə etməyə icazə verir. Şəxsi nəqliyyat vasitələrini idarə edən şəxslər 60 yaşdan sonra tibbi yoxlamadan keçirilir. Müayinədən keçəcəkləri halda onlara 70 yaşa qədər sürücülük hüququ verilir. 70 yaşdan sonra isə hər iki ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Əgər səhhətində bir problem aşkarlanarsa, həmin şəxs sürücülük hüququndan məhrum edilir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, yaşa görə sükan arxasında ölüm və ağır klinik vəziyyət keçirən şəxslər azdır. Yaşlı insanlar uzaq səfərlərdə daha az qəza edirlər. Çünki onlar yaşlarına görə tez-tez fasilə edirlər. Bu da onların müəyyən hadisələrə tez reaksiya verməsinə və daha diqqətli olmasına səbəb olur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, qanunvericiliyə əsasən, ölkəmizdə sürücülük vəsiqəsinin etibarlılıq müddəti 60 yaşına çatmış şəxslər üçün 10 il, 60 və daha çox yaşı olan şəxslər üçün isə 70 yaşı olanadək, 70-dən çox yaşı olanlar üçün isə 2 il, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər olan şəxslər üçün isə həmin şəxslərin təqdim etdiyi tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddətdə nəzərdə tutulur.
Qurumdan onu da bildirdilər ki, müəyyən xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti sürücünün təqdim etdiyi tibbi arayşda göstərilən, lakin 2 ildən artıq olmayan müddəti əhatə edir (milli.az).
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










