Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin Muradlı

Azərbaycan-Özbəkistan birgə avtomobil istehsalı müəssisəsində həmçinin də ehtiyat hissələrin istehsal olunacağı da proqnozlaşdırlır.
Bu sözləri AzerPress-ə özəl açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, Azərbaycan - Özbəkistan birgə avtomobil zavodu Türkiyə ilə birgə bu işlərin görülməsi nəzərdə tutulur:
“Bu proseslər Ələt iqtisadi zonasında özünü biruzə verəcək. Bu istiqamətdə də sürətli işlər görülür. Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var. Xüsusilə də, Özbəkistan “daewoo” avtomobillərinin istehsalında çox böyük təcrübə əldə etdi və bu şirkətlərlə səmərəli şəkildə əməkdaşlıq edir. Özbəkistan Azərbaycana qardaş, siyasətimizi, mövqeyimizi dəstəkləyən bir ölkədir. Ümid edirik ki, Azərbaycanın avtomobil sənayesində daha böyük təcrübə toplamasında Azərbaycan - Özbəkistan birgə avtomobil zavodunun fəaliyyəti öz sözünü deyəcək və öz tövhəsini verəcək. Bu proses 2025-ci il üçün nəzərdə tutulub. Tikinti və quraşdırma işləri aparılır. Zavod tez bir zamanda fəaliyyətə başlayacaq”,- E. Muradlı.
Qeyd edək ki, ötən gün Azərbaycan-Özbəkistan birgə avtomobil zavodunun 2025-ci ilin mayında işə salınacağı bildirilib. Zavodun investisiya dəyəri 88 milyon manat təşkil edəcək. Hacıqabul Sənaye Məhəlləsində 16 hektarlıq ərazidə yerləşəcək zavodda 1200 yeni iş yeri açılacaq. Zavodun gücü ildə 30 min avtomobil olacaq. Müəssisədə ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan kimi ölkələrin texnologiyalarından istifadə olunacaq.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










