Özünü maşının altına atan ağsaqqaldan ŞOK hərəkətlər - BAKIDA

Son zamanlar özünü avtomobilin altına atan və sürücüdən bunun müqabilində pul tələb edənlər çoxalıb. "Təkərstore" mağazasının rəhbəri Vüsal Cəfərov başına gələn hadisə barədə Avtosfer.az-a yazıb. Yazını təqdim edirik:
Təxminən 6 il bundan öncə Nərimanovda bir kişi özünü maşınıma çırpmışdı. Özümü itirmişdim açığı. Kişini af-uffla otuzdurdum maşınıma ki xəstəxanaya çatım. 1-2 km getmişdim ki, kişi qayıdasan ki - ay bala narahat olma, xəsarətim ciddi deyil deyəsən, ayaqlarımı tərpədə bilirəm, xəstəxanaya getsək xərcin çıxacaq, həm də polislər Allah bilir səni nə günə qoyacaqlar. İstemirəm cavan canın həbsxanada çürüsün....
Əlqərəz, maşını saxlatdırdı. Endi aşağı. Dedi heç olmasa biraz pul ver çatım evə. Çıxartdım cibimi əllərim əsə-əsə. Tərslikdən cibimdə 4 yüz manatlıq bir dənə də 20 manatlıq var idi. 20 manatı verdim ki Ağsaqqal al bunu get evinə. Dedi ay kişi cibində nə varsa hamısı ver bura. Bu dəqiqə bir vayşüvən salaram polisləri tökərəm bura. Bir anlıq bu şərəfsizin neçə neçə adamların başına açacağı oyunu düşündüm. Yoldan həmin an keçən post patrul əməkdaşlarını saxladım. Ağşərəfsiz uzandı yerə. Durumu polislərə izah edən kimi DYP çağırdılar. Günahkar qaldı qıraqda. Polislər məni apardı Nərimanov Polis İdarəsinə. Ora çatanda qapının ağzında 2 nəfər mülki geyimli şəxs (özlərini ağşərəfsizin oğlanları kimi qələmə verdilər) mənə dedilər ki, gör sənin başına nə oyun açırıq. Atamızı az qala öldürürdün. Əllərində son model "İphone"-ları görəndə bu şərəfsizlərin nə yuvanın quşu olduqları bəlli oldu mənə. Maraqlısı odur ki, polis idarəsində bunlar çox rahat idilər. Özümü itirmədim, növbətçiyə dedim ki, girış saatımı qey elə. Məni burda maksimum 3 saat saxlaya bilərsiniz. Sonra müstəntiq izahatımı aldı. Apardılar alkoyoxlanışa falan. Düz 3 saatın tamamında dedilər get, sabah səni çağıracağıq. Dedim ay kişi, o şərəfsizi aparın da həkim yoxlanışına. Bəlkə axşam getdi başını çırpdı divara?! Dedilər narahat olma sən.
Qısası 1 həftə keçdi üstündən. Bu bir həftədə hər gün 1 il qocalırdım. Nəhayət zəng vurdum müstəntiqə ki, ay qardaş noldu məsələnin axırı. Dedi ağçaqqal qaçıb. Telefonlarını da söndürüb yoxa çıxıb. Nə isə müammalı qaldı o məsələ...
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











