Parkinqlərə görə ödənişləri artırmaq doğru deyil – AÇIQLAMA

Bakıda fəaliyyət göstərən parkinqlərin qiyməti barədə təkliflər hazırlanmalıdır. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyib. Onun sözlərinə görə, indiki mərhələdə parkinqlərə görə aylıq ödənişləri qaldırmaq doğru deyil: “Çünki problemlər tamamilə başqa yöndədir. Dünya təcrübəsinə görə, küçələrdə olan parkinqlə müqayisədə, yeraltı və yerüstü parkinqlər daha bahadır. Bunun səbəbi var.
Bu, praktiki olaraq ona səbəb olur ki, insanlar küçədə deyil, kənar parkinqlərdən istifadə edirlər. Problem ondadır ki, küçə sahəsi məhdud resursdur və həmişə problem olur.
Eyni zamanda, küçələrdə parkinq ucuz olsa, bu, tələbin artımına gətirib çıxarır. Nəticədə, parkinqlər məşğul olur və boş yer tapmaq olmur”.
Ekspert parkinqin qiyməti barədə də danışıb: “Tələb və təklifin tarazlığı olmalıdır. Küçədə kimin qısamüddətli bir işi varsa, parkinqdə maşını saxlayan zaman qiymət münasib olmalıdır.
Qiymət yüksək olduğu halda, daha çox qapalı parkinqlərə üz tuturlar. Parklanma siyasətində qiymət tərtib etmə ona yönəlir ki, insanlar avtomobil saxlamaqdan maksimum imtina etsinlər.
Məsələn, Londonda mərkəzi yerlərdə bir saat maşın saxlamaq üçün dörd funt-sterlinq ödənilir. Bu da bizim qiymətlə 10 manat sayılır. Bu, insanları ictimai nəqliyyatdan istifadəyə yönəltmək üçün bir siyasətdir”.
Hüseyn Abdullayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi parklanma siyasəti haqqında məhdud məlumat verir: “Parklanmanın idarə olunması barədə geniş məlumat verilməlidir. BNA-nin indiki addımı qanunsuz dayanma-durmanı nisbətən nəzarətə götürməkdir”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










