“Parklama işində aya 300 min manat dövriyyə edir”- Nə vergi ödəyirlər, nə də...
Yazarlar
11 Yanvar 2022 20:00

“Bakı şəhərində təxminən 600-ə yaxın belə parkinq yerləri var”
Paytaxt Bakının küçələrində sürücülərin tez-tez rast gəldiyi hallardan biri də parklama ilə bağlı qanunsuz ödənişlərin tələb olunmasıdır. Bu kimi əməliyyatlar özlərini “parkovşik” adlandıran şəxslər tərəfindən həyata keçirilir. Maşını park edərkən, özlərini "parkovşik" adlandıran şəxslər bu xidmətə görə pul tələb edirlər. Bəzi sürücülər isə “Bu dəstələrin başında kimin durur? Yığılan pullar kimin cibinə gedir?” kimi haqlı sullar ünvanlayırlar.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Sherg.az”a bildirdi ki, hazırda parklama ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın digər ərazilərində xaotik vəziyyət hökm sürməkdədir: “Çünki birincisi, küçələr boydan-boya “dayanmaq qadağandır” nişanları ilə “bəzənib”. İnsanlar artıq parklanma üçün normal yer tapanda sevinirlər. İkinci problem isə qanunsuz olaraq vətəndaşlardan pul tələb olunmasıdır. Bununla bağlı dəfələrlə müzakirələr aparılıb. Bakı Nəqliyyat Agentliyi açıqlama verib ki, hazırda tariflər müəyyən edilmədiyi üçün parklama ödənişsizdir”.
Ekspert qanunsuz ödnişləri tələb edən insan və qurumlardan söz açıb: “Bəzi işbazlar, xüsusilə də “ASA parkinq” , “Çinar parkinq" MMC kimi qurumlar və özünü Qarabağ əlili kimi təqdim edən şəxslər parkinq ərazilərində qanunsuz pul yığımı ilə məşğul olurlar. Bakı şəhərində təxminən 600-ə yaxın belə parkinq yerləri var. Bunların hər birindən gündə 10-15 manat, bəzən daha çox pul yığırlar. Mənim hesablamalarıma əsasən, ay ərzində ümumi 300 min manata yaxın qanunsuz və heç bir vergisi olmadan pul dövriyyə edir.
“Çinar MMC” keçmiş polis rəisi Nizami Qocayeva məxsusdur. Bələdiyyə kağızı ilə iş görür və öz açıqlamasına əsasən, qanuni işləyir. Bələdiyyənin burada hansı səlahiyyəti olduğu, hansı ixtiyarla parklanma üçün sərəncam verdiyi müəammalı məsələdir. BNA-nın və Yol Polisinin səlahiyyətində olan məsələyə bələdiyyə müdaxilə edir. Bunu araşdırmaq lazımdır. “ASA parkinq” Bakı şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avto-nəqliyyat idarəsinin keçmiş işçilərindən bu işdə istifadə edir. Əvvəllər parklanmaya onlar nəzarət edirdi. Bu qurumun səlahiyyəti əlindən alınıb BNA-ya verildikdən sonra, buradakı əməkdaşların əksəriyyəti “ASA parkinq”in nəzarətinə keçib. Onlar parklanma yerlərindəki yaranmış boşluqdan istifadə edib, pul qazanırlar” .
E.Muradlı hansı qurumların burada söz sahibi ola biləcəyinə də toxunub: “Beləliklə qəribə bir mənzərə yaranır. Hətta sürücüləri cərimə yazmaqla hədələyirlər. Bununla bağlı BNA mülki bir təşkilat olduğuna görə, heç bir iş görə bilmir. Polisin müdaxiləsi lazımdır. Eyni zamanda, daxili işlər orqanları, prokurorluq orqanları, vergi xidmətləri müdaxilə edə bilər. Bu sahədə qayda-qanun yaratmağa ehtiyac var. Nazirlər kabinetinin parklanma ilə bağlı tarifləri müəyyənlədirəcək. Düşünürəm ki, bugünkü reallıqları nəzərə alaraq dövlət parklanma qiymətlərini normal şəraitdə və müəyyən şərtlər daxilində açıqlamalıdır”.
Oxunub : 6112
DİGƏR XƏBƏRLƏR
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
15 May 2026 17:26
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
28 Aprel 2026 16:11
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
22 Mart 2026 22:28
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
21 Mart 2026 21:13
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
12 Mart 2026 17:11
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
11 Mart 2026 17:41
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
ŞƏRH YAZ










