Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? - Mümkün EHTİMALLAR

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün II Fəxri Xiyabanda torpağa tapşırıldı. Mərhum pilotun qayınatası Qabil Hüseynli mətbuata açıqlamasında bildirib ki, pilot katapult etməyib, katapult olsaydı, bəlkə də Rəşad Atakişiyev sağ qala bilərdi”.
Bəs pilotun katapult (katapult sistemi pilotun aviasiya vasitəsindən kənarlaşdırılması üçün metoddur-red.) səbəbləri nələr ola bilər?
Avtosfer.az xəbər verir ki, təyyarədə katapultun edilməməsinin səbəbləri barədə hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Modern.az-a danışıb. Nazim Bayram deyir ki, bəzi hallar var ki, pilotun katapult etməyə imkanı olmur: “Uçuş zamanı elə məqam yarana bilər ki, pilotun katapult üçün fürsəti olmaz. Bu bir neçə halda mümkündür. Belə ki, pilot təyyarəni xilas edə bilmək üçün sonadək mübarizə aparır və katapult anı gecikir. Təyyarədə ani partlayış baş verərsə də pilot katapult edə bilməz. Ya da elə ola bilər ki, pilot katapult edir, lakin katapult mexanizmi “sboy” verir. İstisna hal da odur ki, uçuş zamanı pilotun qəfil ürəyi dayanır və bu prosesi yerinə yetirmək olmur”.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayaraq, Xəzər dənizinə düşüb. Bir neçə günlük axtarışlardan sonra öncə təyyarənin qalıqları və “qara qutu”su tapılıb. Dünən isə pilot Rəşad Atakişiyevin nəşi sudan çıxarılıb. Bu gün səhər satlarında Polkovnik-leytenant Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












