Piyada zolağını "icarəyə götürmək"

Bakıda sürücülərin bir çoxu park etmə mədəniyyətindən uzaqdır. Görürsən ki, avtomobili elə saxlayır ki, digəri çıxa bilmir. Yaxud da səkinin üstü zəbt edilir.
Düzdür BNA-nın cərimələmə metodundan sonra nisbətən sakitlik var. Amma bəziləri vərdişini tərgidə bilmir. Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir foto diqqətimi çəkdi. Belə ki, 90 XM 873 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını düz piyada keçidinin üstündə park edib. Maraqlıdır ki, keçiddən yuxarı və aşağı istiqamətində yerlər boşdur. Amma nədənsə sürücünün məhz bu yer xoşuna gəlib. Məntiqi açıqlaması olmayan bu halda yalnız bir şeyi düşünmək olar. Yəqin ki, sürücü bu piyada keçidinin üstünü icarəyə götürüb park yeri kimi istifadə edir. Xarici ölkələrdə bu cür hal olanda insanlar həmin maşının üstünə çıxır və onu əzərək yollarına davam edirlər. Görəsən bizdə də bu mümkündürmü?
P.S. Bu cür düşüncə ilə hara qədər getmək olar? Amma fikirləşəndə ki, Milli Parkın ərazisində yarım milyonluq maşını park edən var, bu hal adamı bir az sakitləşdirir. Yarım milyonu "qazanıb" maşın alanın "ağlına" təəccüb edirsən.
Orxan Əli
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










