Piyadalar məhsuliyyətə cəlb olunmalıdır - EKSPERT DANIŞDI

“Hazırda bizim qanunvericilikdə piyadaların məhsuliyyətə cəlb olunması ilə bağlı müddəalar öz əksini tapır. Piyadalar nəzərdə tutulmayan yerdən keçdikdə, işıqforun tələblərinə əməl etmədikdə qəflətən yaxınlaşan maşının qarşısına çıxdıqda və operativ nəqliyyat vasitələrinə yol vermədikdə cərimələnir”. Bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, hazırda buna görə 20 manat cərimə nəzərdə tutulur: “Daha yüksək sürətdə olan yollarda bu qaydaları pozduqda isə 40 manat məbləğində piyadalar cərimə olunurlar. Amma əksər hallarda baxırıq ki, piyada yol hadisəsisənə səbəb olur. Amma piyada çox rahat şəkildə öz işinə davam edir. Bu belə olomalı deyil. Düşünürəm ki, bu məsələləri dəqiq analiz etmək, təhlilini aparmaq lazımdır. Hadisələrin səbəbkarı kimdirsə o da məhsuliyyətə cəlb olunmalıdır. Düzdür, onları aşkarlamaq, tapmaq biraz çətin olur. Çünki bəzən elə yerdə hadisə baş verir ki, piyada yolu səhv yerdən keçir, sürücü tormoz verir və maşınlar toqquşur. Amma sürücülər maşından düşənə, nə baş verdiyini araşdırana qədər piyada anında yoxa çıxır. Buna görə də düşünürəm ki, mexanizmdə müəyyən dəyişikliklər, irəliləyişlər olmalıdır. olmalıdır. Cəmiyyət bunu həzm etməyi bacarmalıdır. Piyada başa düşməlidir ki, o qəzaya səbəb olursa, maşınlara, sürücülərə, sərnişinlərə dəyən zərəri o qarşılayacaq. Bütün bunları nəzərə aldıqda piyadaların də məhsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülməlidir”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












