Piyadalara yol verməyən sürücülər, sürücülərə yol verməyən piyadalar - KİM HAQLIDIR?

“Piyada keçidlərində piyadalara yol verməyən sürücülərin sayı xeyli azalıb. Əvvəllər belə sürücülərə daha çox rast gəlirdik. Hətta, elə sürücülər var idi ki, bu qaydalardan xəbəri belə yox idi. Lakin son zamanlar irəliləyiş var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bəzən yenə də intizamsız sürücülərə rast gəlinir: “Amma, ümumiyyətlə vəziyyətin daha da yaxşılaşması üçün piyadalar da intizamlı olmalıdırlar. Bəzən sürücünü piyadaya yol vermədiyi üçün qınayırıq. Amma situasiyaya baxanda görürük ki, piyadanın günahı daha çoxdur. Çünki bizim "Yol hərəkəti haqqında" qanunla belə tənzimlənir ki, piyada yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin yoluna çıxmamalıdır. Əgər piyada avtomobilin sürətlə hərəkət etdiyini, dayanmasının riskli olduğunu və ya dayanmayacağını görürsə, bu halda avtomobili piyada özü gözləməlidir. Yəni, bu o demək deyil ki, piyada ayağını səkiyə qoyan kimi maşın yerə kiplənəcək. Maşın texnikadır, kiplənmir. İnsan isə şüurlu varlıqdır və gözləməlidir. Ən azından göz ünsiyyəti olmalıdır”.
Ekspert sözlərinə belə davam edib: “Necə ki, bəzi sürücülərin diqqəti yayınmış olur, sükan arxasında telefonla danışırsa, piyadalarda da bu hallara rast gəlinir. Qulaqcıqla yolu necə keçdiklərindən xəbərləri belə olmur. Problem budur. Qarşılıqlı anlaşma deyilən bir fikir var ki, bunu əsas turmaq lazımdır. Məsələyə yanaşma bu cür olmalıdır. Sürücü və piyada qarşılıqlı anlaşma şəklində davranmalıdır”.
“Son vaxtlar piyadalara yol verməyən tək-tük sürücülərə rast gəlinir. O da çox nadir hallarda olur ki, məsələn şərait olmur və ya dayansa arxadakı avtomobil ona toxunacaq və s. Amma elə sürücülər var ki, piyada keçidlərində bilərəkdən piyadaya yol vermir. Hətta motosikl sürücüləri ümumiyyətlə, piyada keçidlərində dayanmır. Biz bununla bağlı nə qədər hadisənin şahidi olmuşuq. Təhlükəsizlik kameralarının görüntülərinə baxıb görürük ki, doğrudan da motosikl sürücüləri kobudluğa yol verir. Onlarla bağlı ciddi ölçü götürülməlidir. Vəziyyəti daha da yaxşılaşdırmaq üçün ciddi nəzarət mexanizmi olmalıdır”.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











