Piyadanı vuran sürücülər hansı halda məsuliyyət daşımır? - Hüquqşünas rəyi

Piyadaların vurulması bu gün ümumi yol-nəqliyyat hadisələrinin 65%-ni təşkil edir. Bu hadisələrin heç də hamısı sürücü məsuliyyətsizliyindən baş vermir. Maraqlıdır, piyada keçidində və piyada keçidi olmayan yerdə sürücünün piyadanı vurması qanunla necə tənzimlənir? Sürücü hansı halda məsuliyyətə cəlb olunur? Mövzuyla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Heyrat Qarayev bildirib ki, yol hərəkəti zamanı baş vermiş bütün hadisələrə görə sürücü məsuliyyət daşıyır: “Çünki sürücü yol gedərkən qarşısına hər hansı vətəndaşın çıxacağını öncədən nəzərə almalıdır. Bəzən hadisənin baş verməsinə sürücünün diqqətsizliyi, sərxoşluq halı, yaxud hansısa sürücünün psixatrop dərman qəbul etməsi səbəb olur. Ona görə də, bu kimi qəzalar baş verən zaman məhkəmə ekspertizası təyin olunur və hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.
Hətta sərnişinin qəflətən avtomobil yoluna çıxması belə sürücünü bu məsuliyyətdən azad etmir. Bu, bütün hallarda sübuta yetirilməlidir. Piyadanın vurulması hadisəsi Cinayət Məcəlləsinin 263 və 264-cü maddələriylə tənzimlənir. Burada cəzanın dərəcəsi müəyyən olunması ekspertin rəyiylə bağlıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












