Polis formasını belə insanların əynində görmək utanc verir - VİDEO

Yazarlar 8 Fevral 2019 16:43 Oxunub 9529
Polis formasını belə insanların əynində görmək utanc verir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Naz Mila Azərbaycan polisini təhqir edib

"Belə bir klipdə Azərbaycan polisinin uniformasını geyinmək və bu formanın Azərbaycan polisinə aid olduğunu xüsusi jestlə təqdim etmək etik deyil. Bu, dövlət atributlarımıza və eləcə də polisimizin çiynində, qolunda daşıdığı simvollara qarşı böyük hörmətsizlikdir. DİN bununla bağlı açıqlama verməlidir". Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı Ceyhun adlı müğənninin “No panic” adlı mahnısına çəkdirdiyi açıq-saçıq klipdə Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila adlı azərbaycanlı xanımın əyninə Azərbaycan polisinin uniformasını geyinməsinə münasibət bildirərkən deyib. E.Muradlı bildirib ki, bu klipi çəkənlər, onu hazırlayanlar etdikləri səhvin fərqində deyillər: “Orada Azərbaycanın Daxili İşlər Nazirliyinin gerbi, simvolları var. Bu atributlar illərdir Azərbaycan polisinin, hətta əsgərlərinin çiynində və qollarındadır. O cür kliplərdə belə vasitələrdən istifadə etmək yolverilməzdir, mədəniyyətsizlikdir, biabırçılıqdır. Belə düşünürəm ki, Daxili İşlər Nazirliyi buna mütləq cavab verəcək və yaxud verməlidir. Belə çəkilişlər zamanı polisin, əsgərin uniformasından istifadə edilərkən Daxili İşlər Nazirliyindən icazə alınmaldır, razılaşdırılmalıdır. Nazirliyə bildirilməlidir ki, bu çəkilişin, klipin süjeti necə olacaq. Belə açıq-saçıq bir klipdə polisimizin geyimindən istifadə etmək və o geyim altında biabırçı hərəkətlər etmək yolverilməzdir. O geyimi geyinən xanım yol polisi obrazını canlandırır. Bu, Azərbaycan polisinə təhqirdir”.

E.Muradlı bildirib ki, həmin görüntülər o açıq-saçıq klipdən çıxarılmalıdır:

“Klip Azərbaycanda çəkilməyib və bizə heç bir aidiyyəti yoxdur. Belədə sual yaranır: niyə aşıq-saçıq klipdəki “polis qadın” Azərbaycan polisinin formasında olmalıdır?”

Ekspert bildirib ki, bəlkə də hansısa Avropa klipində bu cür mənzərə normal qəbul edilə bilər, ancaq Azərbaycanın mental təfəkkürü polis formasının açıq-saçıq bir xanımın açıq-saçıq klipdə canlandırmasını qəbul etmir:

“Bizim kimi cəmiyyətlər bayraq, gerb kimi atributlara toxunulmaz nemət kimi baxır. Ona görə bu addımı qəti şəkildə pisləyirəm və hesab edirəm ki, Daxili İşlər Nazirliyi bununla bağlı addım atmalı, açıqlama verməlidir”.

Qeyd edək ki, DİN hələlik bu barədə heç bir rəsmi açıqlama yaymayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh