Polis hər yerdə həmişə diqqətli və məsuliyyətli olmalıdır -MƏQALƏ

Daxili İşlər Nazirliyinin (DİN) facebook səhifəsində “Polis peşəsi haqqında düşüncələr” adlı məqalə yer alıb. Avtosfer.az həmin yazını təqdim edir:
Polis olmaq şərəfdir. Bu şərəfi şərtləndirən davranış mədəniyyətidir. O mədəniyyət ki, bütün cəhət və əlamətlərinə görə, cəmiyyətə, dövlətə xidmət prinsipləri üzərində köklənib. Təkcə Azərbaycanda yox, bütün qabaqcıl ölkələrin həyatında polis təşkilatı hamını maraqlandıran – təhlükəsizlik çətiridir.
İnsanlar polisə güzəştsiz yanaşır
Amerikanın məşhur yazıçılarından Tomas Hauser polisin cəmiyyət, dövlət və insan həyatında yerini dəyərləndirərkən qeyd edir ki, polis peşəsi dünyada ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər sahələrdən fərqlənir. İnsanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edir. ““Polis məni saxladı..” – haqlı idi, çünki qanunu pozdum, yaxud haqlı deyildi, çünki mən qanunlara əməl edirəm...”, - deyə vurğulanan müzakirələrdə polisin davranış mədəniyyəti nəzərdən keçirilir.
Deməli, polis hər yerdə həmişə diqqətli və məsuliyyətli olmalıdır. Çünki insanların polisə münasibəti birmənalı deyil...
Polis “dayan” deyəndə dayanıram
Amerikalı dedektiv Edvard Gillesp bu barədə mühazirələrində qeyd edir ki, polisin hər addımı əsaslı sübuta çevrilə bilər. Yunan filosofu Platonun “özünə qarşı sübut” ideyasını nəzərdən keçirən dedektiv hesab edir ki, insan özünə qarşı sübutları qəbul etmir. Bu, genetik mental vərdişdir. Sübut, əsas, səbəb qəbul edilməyəndə mübahisə yaranır, yaxud ən yaxşı halda “dedi-qodu” başlayır. Ona görə ki, orta səviyyəli insanların əksəriyyəti qanunun keşiyində dayanan polisə tabe olmağı bilmir. Hüquqlarını sadalayır, ancaq vəzifələrindən xəbəri yoxdur. Bu da elementar praktik düşüncədir.
Britaniyalı musiqiçi Keyt Riçard ictimai müzakirələr zamanı bütün dünyaya polisin fəaliyyəti ilə bağlı konkret sual ünvanlayıb - mənə izah edin: mən qanunları pozmuram, vətəndaş kimi hüquq və vəzifələrimi bilirəm. Polis “dayan” deyəndə dayanıram. Mübahisə etmirəm. Necə iddia edə bilərəm ki, polislə problemlərim var?! Əgər kimsə iddia edirsə, o təhlükəli adamdır, ondan qorunmaq lazımdır.
Bütün dünyada ümumi fikir var: polis dövlətin və dövlətçiliyin əsas sütunlarından biridir. Məsələn, amerikalı kinoaktyor Silvestr Stallone deyir ki, insanların təbiətcə xoşməramlı olduğunu düşünürsənsə, 24 saat polisi xidmətdən uzaqlaşdırın – görün nə baş verir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












