Prezidentin imzaladığı Dövlət Proqramı niyə tam icra olunmur? - Yollara nəzarət zəifdir

Cənab Prezident İlham Əliyev 2018-ci ilin dekabrında Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edəcək Dövlət Proqramı imzaladı. Proqram yol hərəkəti təhlükəsizliyi baxımından çox ciddi bir sənəddir. Amma bəzi qurumlar Proqramın icrasına səthi yanaşır. Məsələn, Dövlət Proqramının 7.2.1.5-ci bəndində qeyd olunur;
- İstismarda olan avtomobil yollarının yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunun mütəmadi yoxlanılmasının təmin edilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması.
Bu məsələlərin həlli isə Nazirlər Kabineti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinə həvalə olunur. Bu işlər 2019-2023-cü illər ərzində davamlı olaraq həyata keçirilməlidir. Ancaq vəziyyət göz qabağındadır. Yollardakı uyğunsuzluqlara görə hər gün nə qədər qəzalar baş verir və insanlar ölür, şikəst olur, maddi və mənəvi ziyan çəkir.
Bu Proqramın icrasına birbaşa cavabdeh olan qurumları daha fəal olmağa çağırıram. Bu Proqramın hər bir maddəsi, hər bir bəndi insan həyatına dəyər verir. İcra olunarsa nə qədər qəzanın qarşısı alınar, ölümlər, xəsarətlər azalar.
Proqramın məhz bu bəndinin icrası Bakıda və digər ərazilərdə tezliklə həyata keçirilməlidir. Lakin biz təcrübədə görürük ki, bəzi qurumlar hadisə baş verəndən, insanlar öləndən sonra iş görür. Hansı ki, cənab Prezident bu sənədlə bütün qurumlara baş verəcək hadisələrin qarşısını əvvəlcədən almağı tapşırıb.
Elməddin Muradlı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










