Banner

Qadın, yoxsa kişi sürücülər daha çox qəza törədir? – Ekspertlərdən MARAQLI TƏHLİL

Yazarlar 4 İyun 2023 19:00 Oxunub 2390
Qadın, yoxsa kişi sürücülər daha çox qəza törədir? – Ekspertlərdən MARAQLI TƏHLİL
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dəyişən zaman axınında həyatımıza yeni rənglər qatılır. Bu rənglərdən biri də gündəlik həyatımızda qadın sürücülərlə daha çox rastlaşmağımızdır. Qadın sürücülərin sayının artması ümumi mənzərə yeni rəng qatsa da törədilən qəzalarda, xüsusən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində qadın sürücülərinin iştirakı halları artır.

Bəs, yolda qadınlar, yoxsa kişilər daha çox məsuliyyətli olurlar?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Eləməddin Muradlı bildirdi ki, sükan arxasında davranışların statistikasına baxanda çox, təəssüf ki, qadın sürücülər haqqında xoş söz deyə bilmirik:

“Bu gün istənilən avtomobil idarəçisi qarşısındakı avtomobilin xaotik hərəkətlərindən anlayır ki, sürücü qadındır. Gəlib yanından ötəndə də görürsən ki, sürücü həqiqətən qadındır. Qadın sürücülər o qədər təcrübəsizliklər nümayiş etdirir ki, onların təsadüf nəticəsində sükan arxasına keçdiyinə əmin olursan. Çox təəssüf ki, qadınlara təlim keçənlərin özləri də peşəkarlıqdan uzaq olanlardır”.

Elməddin Muradlı onu da qeyd edib ki, statistikaya baxdıqda kişi sürücülərin daha çox qəza törətdiyini görürük:

“Amma nəzərə alaq ki, ölkədə 1.6 milyon avtomobil var. Və onları idarə edənlərin də böyük hissəsi, təxminən 1.5 milyonu kişilərdir. Ölkə üzrə təxminən 80 min civarında qadın sürücü var. Lakin 80 minin törətdiyi qəzaların sayının 1.5 milyonun qarşısında çox qabarıq görünməsi artıq ciddi bir siqnaldır. Mən səmimi şəkildə deyirəm ki, qadın sürücülərə təlimlər tam ciddi formada keçirilməlidir. Formal yanaşmalardan qaçmaq lazımdır”.

Ekspert məsələ ilə bağlı vacib bir məqamı da diqqətə çatdırıb:

“Bu gün kimsə xanımına, qızına, dost-tanışına avtomobil alıb verirsə, onun məsuliyyətinə də şərik olmalıdır. Doğrudur, öz qazancı ilə avtomobil alan qadınlar da az deyil. Bunu elə belə demirəm. Burda psixoloji faktor var. İnsan asanlıqla əldə etdiyi şeylə məsuliyyətsiz və necə gəldi davranır. 

O cümlədən də ona hədiyyə edilən avtomobili də qadınlar çox zaman necə gəldi idarə edirlər. Məhz bunun nəticəsidir ki, cəmiyyətimizdə qadın sürücülərlə bağlı xoş olmayan bir fikir formalaşır. Bunun qarşısını almaq və daha çox xoşagəlməz hallardan qaçmaq üçün ən azı profilaktik tədbirlər artırılmalıdır”.

Sığorta üzrə ekspert İlkin İbrahimli qadın və ya kişi sürücülərin daha çox qəza törətməsi məsələsinin bir qədər mübahisəli olduğunu bildirib:

“Qadınların və yaxud kişilərin daha çox qəza törətməsi barədə statistik təhlil olmadığı üçün danışmaq bir qədər çətindir. Rəqəmlərə baxanda kişilərin daha çox qəza törətdiyini görürük.  O cümlədən sığorta hadisələrində də qadınların sayı az görünür. Lakin, sürücülərin ümumi sayının ən azı 95 faizi kişilərdir. Cəmi 5 faiz sürücünün törətdiyi qəzalarınsa gündəmə gəlməsi artıq bu sahədə ciddi problemin olmasından xəbər verir”.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh