Qayda pozan çörək maşınına 40-50 manat cərimə yazılıb - VİDEO

Bakıda çörək sexlərindən birinə məxsus avtomobilə ay ərzində 40-50 cərimə yazılır. Səbəb həmin avtomobilin qadağan olunmuş ərazidə dayanmasıdır. Çörək sexinin əməkdaşları deyir ki, bütün cərimələr onlar mağazalara çörək verərkən yazılıb. Bəs bu cür zəruri qida məhsulu verən avtomobillərə belə yerlərdə güzəştə gedilə bilərmi? Əməkdaşlarımız mövzünu araşdırıblar. Dayanma və durma qaydasının pozulmasına görə çörək sexinə məxsus bir avtomobilə 40-50 cərimə tətbiq edilib. Çörək sexinin əməkdaşı Emin Hümbətov deyir ki, adətən cərimələr şəhərin mərkəzi küçə və prospektinin kənarındakı mağazaların qarşısında yazılır. Həmin ərazilərdə dayanma və durmaya kameralar vasitəsi ilə nəzarət edilir. Bu səbəbdən də onların əməkdaşları avtomobillə həmin mağazalara çörək verərkən radara düşürlər. Emin Hümbətov deyir ki, çörək avtomobili mütləq qaydada mağazanın qarşısında dayanmaldır. Kənarda saxlayıb çörəyi açıq şəkildə mağazaya gətirmək həm gigiyenik cəhətdən düzgün deyil, həm də vaxt itkisidir.
Qeyd edək ki, sözügedən sexin avtomobillərinə ən çox cərimələr paytaxtın Əbdülrəhim Bəy Haqverdiyev, Şərifzadə, Cəfər Cabbarlı və Şıxəli Qurbanov küçəsində yazılır. Çörək sexinin əməkdaşları məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət də ediblər. Amma agentlikdən sahibkara cərimələrin qanuna uyğun şəkildə tərtib edildiyni deyiblər. Lakin Millət vəkili Çingiz Qənizadə deyir ki, zəruri qida məshulu verən avtomobillərə güzəşt edilməlidir.
Millət vəkili deyir ki, zəruri ərzaq daşıyan avtomobillərin qadağan olunmuş ərazidə dayanması üçün, komitə iclasında inzibati xətalar məcəlləsinə güzəştlərin əlavə edilməsi müzakirə edilə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












