Qəza yerinə yığışıb şəkil çəkənlər OXUSUN! - Polislər, xilasedicilər və həkimlər əziyyət çəkir

Ötən gün Bakı Dairəvi yolundakı qəza mənə bir hadisənin xatırlatdı. 2017-ci ilin bu günlərində Parisin Orli aeroportu yaxınlığında 2 avtomobilin toqquşmasına şahidlik etdim. Şəkil çəkmək istəsəm də, son anda fikrimdən daşındım. Çünki heç kim qəza yerinə yığışmadı, sürücülərdən biri telefonla hansısa quruma məlumat verdi. 5 dəqiqə keçmədən bütün strukturlar hadisə yerində idi. Tıxac yaranmadı, həkimlər və polis rahatca işlərini gördülər. Jurnalist marağım güc gəlsə də, şəkil çəkməyə utandım….
Dünənki qəzada isə insanların marağı həm tıxaca, həm də əlavə qəzalara səbəb oldu. Təcili yardım avtomobili isə yalnız yol polisinin müdaxiləsindən sonra hadisə yerinə yaxınlaşa bildi. Respublika əhəmiyyətli yolda həyat bir neçə saatlıq iflic olmuşdu.
Təəssüf ki, eyni halın bu gün də şahidi oldum. Sürücülər yenə də avtomobillərini saxlayıb hadisə yerinə tamaşa edirdilər. Yenə də yolda tıxac yarandı, gözümün qabağında 2 qəza baş verdi. Axı səbəb nədir? Qəzaya baxmaq bu qədərmi maraqlıdır? Bu marağımızın insan həyatı bahasına başa gəldiyini bir anlıq da olsa düşünə bilmirik?
Roma hüququnda belə bir postulat vardı: 1 həkimin rəyi, 3 şahidin ifadəsindən üstündür. Bu fikri müasir dövrə uyğunlaşdıraraq deyə bilərik ki, 1 həkim yaralıya daha çox yardım edə bilər, nəinki yüz videoçəkən. Kiminsə bir hadisəyə marağını qadağan etmək mümkün deyil, lakin xırda bir qəza zamanı marağın sürücülərə güc gəlməsi pis fəsadlar doğurur və doğuracaq. Həkimin və ya xilasedicinin hadisə yerinə cəmi 1 dəqiqə tez çatması bir neçə ailəni sevindirə bilər. Onların peşə borcunu yerinə yetirməsinə şərait yaratmaq isə yol hərəkəti iştirakçısı olaraq birbaşa vəzifəmizdir. Bir insanın həyatda qalmasına birbaşa və ya bilavasitə kömək etməkdən yaxşı nə ola bilər? Amma sürücülərimizin lazım gəldikdə həmrəylik göstərdiyi anları deməsəm vicdansızlıq olar: intizamsız sürücü kimi tanıdığım şəxslərin Vətən müharibəsi dövründəki davranışını heç vaxt unutmaram. Onların təcili yardım avtomobilləri üçün yolu boşaltdıqlarının dəfələrlə şahidi olmuşam. Yəqin ki, bu səhnələr hörmətli oxucuya da yad deyil. Bəs 6 ayda nə dəyişib?
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












