Qəza zamanı sığorta şirkətini gözləmək vacibdirmi? - VİDEO

Bir çox hallarda kiçik qəza zamanı sürücülər avtomobillərini yolun hərəkət hissəsindən çıxarmır və sığorta şirkətini gözləyirlər. Bu da bəzi hallarda daha ağır qəzalara, yaxud yollarda sıxlığa səbəb olur. Bəs belə olduğu halda hadisə yerində dayanıb sığortanı və yol polisini gözləmək vacibdirmi?
Sürücülər deyirlər ki, belə hallarla tez-tez qarşılaşırlar. Ona görə də problemin həllinin vacib olduğunu düşünürlər.
Uzun-uzadı tıxacda qalan sürücülər bunun tənzimlənməsi üçün "Yol hərəkəti haqqında" qanuna əlavə edilməsini təklif edirlər.
Bəzi hallarda isə qəzadan sonra yolun ortasında dayanan sürücüləri və ya qəzalı maşınları başqa nəqliyyat vasitələri vurur. Bəs belə halların baş verməməsi üçün nə etmək lazımdır?
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 5-ci bəndi sürücülərin qəza yerində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə və ya nəqliyyat vasitələrinin hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa, müəyyən bir qəza sxemini çəkməklə avtomobili yolun hərəkət hissəsindən çıxarması əksini tapır.
Ciddi və ölümlə nəticələnən qəzalarda isə sürücülərdən avtomobillərini hadisə yerində saxlamaları tövsiyə olunur.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










