Qəzalar niyə artıb? - Sürücü diqqətsizliyi, vətəndaş məsuliyyətsizliyi...

“Yol-nəqliyyat qəzalarının artması daha çox yay aylarında və qış fəslinin əvvəllərində müşahidə edilir”. Bu sözləri sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, heç bir qəza səbəbsiz baş vermir: “Bunun bir çox səbəbləri vardır. Yol qəzalarının baş verməsinin səbəbi sürücülərin diqqətsizliyi, məsuliyyətsizliyi, sürücülərin hədsiz dərəcədə özlərinə güvənməsidir. Əslində, özgüvən yaxşıdır. Sadəcə, yollarda hədsiz özgüvən bəzən ağır fəsadlar verir. Azərbaycanda yol-nəqliyyat hadisələri il ərzində 700-ə yaxın insanın həyatına son qoyur. Bu, rəsmi statistikaya əsaslanan rəqəmdir. Qeyr-rəsmi bəlkə də çoxdur. Bu baxımdan, düşünürəm ki, sürücülər arasında maarifləndirmə işi, nəzarət tədbirləri gücləndirilməlidir”.
Elməddin Muradlı həmçinin qeyd edib ki, sürət həddi ilə bağlı çox ciddi cəzalar tətbiq etmək lazımdır: “Sürət həddi yol-nəqliyyat hadisələrində ağırlıq dərəcəsinə təsir göstərən birbaşa amildir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da müəyyənləşdirib və bütün beynəlxalq təşkilatlar da araşdırır ki, yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin ən böyük təsiri sürət həddi ilə bağlıdır. Digər tərəfdən, təhlükəsizlik kəmərindən istifadə etməmək, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmənin fəsadları da öz təsirini göstərir. Hər bir halda istənilən yol-nəqliyyat hadisəsi təhlil edilməlidir və onun nəticələrinin aradan qaldırılması üçün müəyyən addımlar atılmalıdır”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










