Qıcolması olan şəxslərə maşın sürmək qadağandır? - AÇIQLAMA

Bir neçə gün öncə Bakıda ağır qəza törətmiş "uçan taksi"nin sürücüsü Anar Nəcəfov hadisənin səbəbi kimi qıcolmanı göstərib. “Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım”, - deyə o bildirib. Bəs qıcolması olan şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ varmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, taksi xidmətini həyata keçirən sürücü öncə tibbi komissiyadan keçməlidir:
"Tibbi komissiyadan keçərkən ona verilən sağlamlıq haqqında arayışda belə bir xəstəliyinin olması təsbit olunmayıbsa və yaxud da qıcolmaların, sinir xəstəliklərinin mütəmadi olaraq baş verməsi halı qeyd edilməyibsə, işə götürülübsə, burada qeyri-adi heç bir problem yoxdur. Sağlamlıq arayışını alarkən məhz əzələ yığılmaları, qıcolmalarla bağlı sorğu öz əksini tapmır. Təbii ki, vətəndaş ehtiyaclarını qarşılamaq üçün onu gizlədə bilər. Bunu da heç kim bilə bilməz. Biz dəqiq bilmirik, bu hal sürücüdə ilk dəfə baş verib. Hər şey gözləniləndir. Ola bilər ki, indiyə qədər onda qıcolma baş verməyib".

Ekspert qeyd etdi ki, məsələni detallarına qədər izləyib qərar vermək asan məsələ deyil.
"Belə bir xəstəlik varsa, şəxs nəqliyyat vasitəsini idarə etməməlidir. Şəxs bilirsə ki, mütəmadi olaraq belə hallar baş verir, bu fəaliyyətdən imtina etməlidir. Belə halda sürücü fəaliyyəti ilə məşğul olmaq qadağandır", - deyə İ.Hüseynli vurğuladı(redaktor.az).
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










