Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb. Bizimyol.info radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir.
Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.
Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər.
Yollarda daha çox "Kris” və "Arena” cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək.
"Kordon” və "Kreçet” cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir. Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır.
Əlbəttə, sürücülər də "ilişməməyə” çalışır. İndi maşınlarda radar-dedektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyarlar ki, dedektor aciz qalar.
Rusiyanın paytaxtı Moskva küçələrində "Strelka” adlanan radarlar dəbə minib. Yol polisinin sevimli cihazıdır. Çünki 250 metrə qədər effektlidir. Tezliklə bizim küçələrdə də görünəcəyi gözlənilir.
Radar-dedektorların daha bir düşməni LİSD-2F cihazıdır. Bu radarlar da 250 metrdən sürəti müəyyən edə bilir.
İndi yol polisi daha mükəmməl sistem üzərində baş sındırır. "Avtodoriya” cihazı bu mənada çox təkmilləşmiş qurğudur. Daha sürücünün əyləci basması da köməyə gəlməyəcək. Bu cihazlar təkcə sürət həddini aşmanı müəyyənləşdirmir, həm də yol zolağının pozulması, avtomobilin qadağan olunmuş yerdə saxlanılması hallarını da "görür”. Yəni avtomobilləri tərksilah etmək üçün texnologiyanın imkanlarından maksimum istifadə olunur.
Ən yaxşısı qaydaları pozmamaqdır. Bir şərtlə ki, qaydalar da yol polisi tərəfindən məqsədli şəkildə mürəkkəb hala salınmasın…
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











