"Ramiz Mehdiyev kanalizasiya pullarını yeyib qaçdı" - Hafiz Hacıyev

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təklif edib ki, leysan zamanı tunellərə girişə məhdudiyyət qoyulsun.
Problemin çıxış yolu budurmu?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor.az"a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, çıxış yolu bu deyil:
"Düzdür, Eldar müəllim bunu deyir, amma bu elə sahələrdir ki, Eldar müəllimin səlahiyyətində deyil. Bu məsələni Bakı kanalizasiya idarəsi həll etməlidir. Yağış yağan zaman hər körpünün altına qarovulçu qoyula bilməz. Eldar müəllim deyir ki, bu məsələni inkişaf etdirmək lazımdır. Körpünün başından 1 metr dərinliyində kanal qazılsın, ora turba salınsın, üstündən də setkalar çəkilsin. Su gəlib körpünün altına axmasın, yönü başqa səmtə yönləndirilsin. Bakıda görülməli işlər çoxdur. O vaxt Bakı kanalizasiyasının təmiri üçün pul ayrıldı. Məsələ Ramiz Mehdiyevə tapşırıldı. Neçə milyard pul ayrıldı, Ramiz Mehdiyev pulları yeyib qaçdı. Bu gün o qədər qurumlar yaranıb ki, heç kim heç kimin kitabını oxumur. Bakı kanalizasiya idarəsi deyir ki, mənlik deyil, “Bakılıqdır”, Bakı da başqa şey deyir".
Müsahibimiz qeyd etdi ki, qəti qərar qəbul edilməlidir.
"Hər hansı bir yeri bağlamaq çıxış yolu deyil. Eldar müəllim təcrübəli insandır, gərək bu məsələlərdə qəti iradəsini ortaya qoysun. "Bağırov" körpüsünə hər zaman su dolur. Şəxsən mənə bu məsələni tapşırsalar, bir günə həll edərəm, pul da lazım deyil. 10 metr yerdir, oranı qazıb turba salıb başqa yönə yönləndirərik. Diqqət lazımdır. Hərə bir bəhanə gətirir, həmin bəhanələrə xalqımız dözürsə, dözsün, nə deyə bilərik", - deyə H.Hacıyev vurğuladı.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










