Sakinlər elektrik samokatlara qarşıdır

Praqa sakinlərinin uzun müddət davam edən tənqidləri ona gətirib çıxarıb ki, paytaxt meriyası müştərək nəqliyyat vasitələrinin istismarı üçün hazırlanan sistemdən paytaxt küçələrində elektrik samokatların park edilməsi üçün mobil əlavənin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirir.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə Praqa meriyasının Nəqliyyat xidmətləri və kommunikasiyalar departamentindən bildirilib. Ola bilər ki, operatorlar bundan sonra Çexiya paytaxtında istifadə üçün samokatları təklif etməyəcək. Şəhər mərkəzinin sakinləri uzun müddətdir ki, kirayə verilən elektrik samokatların, xüsusən də turistlər tərəfindən aqressiv istifadəsindən şikayətlənirlər. Onları ən çox hiddətləndirən odur ki, samokatlar narahatlıq yaradan yerlərdə saxlanılır və onlar piyadalar üçün təhlükə yaradan səkilərdə hərəkət edirlər.
Keçən ildən bəri şəhər tərəfindən müştərək nəqliyyat üçün yeni bir tənzimləmə sistemi hazırlanır və o, meriya ilə velosiped və e-velosiped operatorları arasındakı razılaşmalara əsaslanacaq. Onlar yalnız xüsusi təyin olunmuş ictimai yerlərdə saxlanıla biləcək. Elektrikli samokatlar oradan kənarda park edilə bilməz. İstifadəçilər onları başqa yerlərdə qoysalar, onlar oradan götürüləcək və cərimələr tətbiq ediləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












