Sakinləri ölümə sürükləyən yol kəsişməsi - VİDEO

Baku TV-nin "Necə olmalıdır" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə paytaxtın Böyükşor yolu ilə Ziya Bünyadov prospektinin kəsişməsində sakinləri narahat edən problemlər diqqətə çatdırılıb.
Avtosfer.az xəbər verir ki, "Koroğlu" stansiyası istiqamətindən gəlib sağa - Böyükşor yoluna dönmək istəyən sürücülər ciddi maneə ilə qarşılaşırlar. Belə ki, üzərində işıqqaytarıcı elementlər olan 4.2.3 maneəni sağdan və ya soldan keçmə nişanı olmadığı üçün bu maneə xüsusilə günün qaranlıq vaxtlarında görünmür və təhlükə yaradır.
Digər bir təhlükə isə piyada keçidinin yolun ortasından birbaşa hərəkət hissəsinə çıxmasıdır. Bu səbəbdən piyadalar avtomobillərin hərəkət etdiyi hissədən keçməyə məcbur qalırlar.
Bundan əlavə, Böyükşor yolundan Ziya Bünyadov prospektinə daxil olmaq istəyən sürücülər avtobus zolağı səbəbindən sıxlıqda qalırlar. Günün pik saatlarında bu, tıxacların yaranmasına səbəb olur. Halbuki zolağın başladığı hissədə avtobus dayanacağı olmasa da, nəqliyyat vasitələri məhz bu nöqtədə sərnişin mindirib-düşürürlər.
Vurğulanıb ki, xaotik hərəkətin müşahidə olunduğu bu ərazidə yol nişanlarına, üfüqi nişanlanma xətlərinə və işıqforlara ehtiyac var.
Ətraflı süjetdə:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












