Sakinlərin binaların həyətinə şlaqbaum quraşdırması qanunidir? - AÇIQLAMA

Son zamanlar Bakıda yaşayış binalarının həyətlərində yeni tendensiya müşahidə olunur.
Sakinlər öz təşəbbüsləri ilə binaların girişinə şlaqbaum (avtomatik baryer) quraşdırırlar. Məqsəd isə sadədir: kənar şəxslərin binanın həyətində avtomobil saxlamasının qarşısını almaq.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bir çox binalarda bu qurğunun idarəetmə pultları sakinlər arasında bölüşdürülür.
Beləliklə, həyətə yalnız həmin binanın sakinləri daxil ola bilir. Bu isə həm park problemini azaldır, həm də həyətin nizamını qoruyur.
Amma ortaya mühüm suallar çıxır: Bu addım qanunidirmi? Məgər bina həyəti sakinlərin şəxsi mülkiyyətinə aiddir? Fövqəladə hal baş verərsə, FHN-in texnikası, təcili tibbi yardım avtomobili həyətə necə daxil olacaq?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətindən bildirilib ki, yanğınların söndürülməsi üçün istifadə olunan su mənbələrinə və həyətlərə gedən yolların üzərində istənilən maneənin, o cümlədən şlaqbaumların quraşdırılması qanunla qadağandır:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli 143 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükə sistemlərilə təchiz edilməsi üzrə xüsusi tikinti normalarının təsdiq edilməsi barədə qərarına əsasən qeyd olunan növ obyektlərin (hansı ki bu obyektlərin də siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarı ilə təsdiqlənib) ərazisinin fiziki mühafizəsi zamanı avtomatik çəpərlərin mexanizmlərinin yəni şlaqbaumların tətbiqinə yol verilir. Digər hallarda isə bu məsələ tənzimlənmədiyinə görə, yanğın təhlükəsizliyi qaydalarının 3.3-cü yarımbəndində nəzərdə tutulan yolverilməz fəaliyyətlə əlaqədar bir daha bildiririk ki yaşayış binalarının giriş-çıxış yollarının üzərində maneələrin quraşdırılması yolverilməzdir".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










