Səfər müəllimin diqqətinə: "İstehsal tarixi 1 ildən çox olduqda vergi 7966 manat təşkil edir"

Dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitələrinin mühərriklərinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır. "Hybrid" maşınlar üçün minimal məbləğdə olan gömrük rüsumunun ləğvi məqsədəuyğun deyil.
Avtosfer.az “Marja”-a istinadla xəbər verir ki, vergi eksperti Vəli Əliyev Səfər Mehdiyevin açıqlamasında səsləndirdiyi vergi məbləğlərinin doğru olmadığına işarə edib:
"Səfər müəllimin diqqətinə: 1-ci idxal olunan nəqliyyat vasitəsinin "Hybrid" və ya daxili yanma mühərriki olmasından asılı olmayaraq idxal vergi və rüsümları dəyişilməzdir. 2-ci 600-700 manat dediyi aksiz vergisidir. Üçüncü 10000 dollar dəyərində 1700 sm3 mühərriki olan nəqliyyat vasitəsinin idxalı zamanı tutulan cəmi vergi və gömrük rüsumlarının məbləği istehsal tarixi 1 ilədək olduqda təqribən 6261 manat, istehsal tarixi 1 ildən çox olduqda 7966 manat təşkil edir”.
Mövzu ilə əlaqədar iqtisadçı Rövşən Ağayev bildirib ki, hətta elektromobilləri də tam vergidən azad rejimə keçirməyə ürəkləri gəlmir: “Onlar ƏDV-dən azaddır, amma 15%-lik idxal rüsumuna cəlb edilir. Hökumət ən azından elektromobilləri və hibrid maşınları heç olmazsa 5 illik müddətə 0% vergiyə rejiminə keçirməli idi. Mühərrikinin həcmi 1500 sm3-u ötməyən daxili yanma mühərriki ilə işləyən minik avtomobilləri də istismar müddəti 3 ili ötmədikdə ən azından indiki ilə müqayisədə 2 dəfə az vergi ödəmək imkanı tanınmalı idi. Yəni 7 ildən çox istismar müddəti olan avtomobillərin idxalı qadağan olunan ölkədə mən deyən addımlar atılmalıdır”.
Xəbər verdiyimiz kimi, Səfər Mehdiyev bildirib ki, Komitə tərəfindən yaşı 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulması təklif edilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












