Şəhərdaxili avtobusdan daha ucuz regional qatar - Azərbaycanda qiymətlər niyə baha olur?

Bakı-Gəncə ekspres qatarının qiymətindəki sıçrayış (buna artım demək doğru deyil) çoxlarında narahatlıq doğurdu.
Elməddin Muradlı haqlı olaraq bu addımın başqa problemlər doğuracağını irəli sürdü. Lakin burada onun çıxışına şərh verib söhbəti uzatmaq fikrim yoxdur. Sadəcə olaraq dünya təcrübəsindən misal gətirmək istəyirdim.
İki həftə əvvəl Fransanın Şerburq şəhər bələdiyyəsi və Fransa Dövlət Dəmir Yolları Şirkəti (SNCF) Şerburq–Valon xəttində gediş haqqını 6 avrodan 1 avroya endirdi. Səbəb sadədir: hər gün 1600 şerburqlu şəxsi avtomobillə Valona işə gedir və geri qayıdır. Məqsəd onları qatara əyləşdirərək 40 kilometrlik yolda yüklənməni və ekoloji çirklənməni azaltmaqdır.
Bir maraqlı məqam da var: sürücülər özləri 1 nəfəri 5 avrodan daşıyaraq (bizim manatlıq taksilər kimi) benzin pulunu çıxarırlar. İndi yəqin sərnişinlər qatara üstünlük verəcək.
Müqayisə üçün deyək ki, Parisdə 1 avtobus bileti sürücüdən alındıqda 2 avrodur və 1 saat 30 dəqiqə ərzində şəhər daxilində istənilən qədər avtobus dəyişməyə və metrodan istifadəyə imkan verir. Həftəlik biletdə gediş haqqı 1,4 avroya, bəzi kateqoriya sərnişinlər üçünsə 0,7 avroya düşür.
Bakıda avtobusda gediş haqqı 30 qəpikdir. Bizdə dəmir yolunda 15 qəpiyə neçə km qət etmək mümkündür?
İlk baxışdan kiməsə elə gələ bilər ki, mən Avropanı tərifləyirəm. Əsla belə niyyətim yoxdur. Sadəcə olaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm: ictimai nəqliyyata sırf qazanc yeri kimi baxılmamalıdır. İctimai nəqliyyat normal işləmədikcə tıxacların və qəzaların qarşısını almaq mümkün olmayacaq. O cümlədən ekoloji problemlərin. İstənilən Avropa ölkəsində nəqliyyat sıxlığını aradan qaldırmaq üçün ilk növbədə ictimai nəqliyyat təkmilləşdirilir. Bəzi hallarda qiymət yarıbayarı azaldılır.
PS. Avropa şəhərlərində Nəqliyyatı İntellektual idarəetmə sistemi yoxdur. Kiçik şəhərlərdə avtobus dayanacaqlarında qrafik A4 çap olunaraq asılır. Lakin nədənsə avtobuslar əksər hallarda qrafik üzrə çatır.
Vüqar Yaşaroğlu
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










