Sığorta şirkətlərinin uzaq qaçdığı sığorta növləri - Qəribə faktlar - ARAŞDIRMA

Hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox sığorta şirkətlərinin sığortalamaqda maraqlı olmadığı bir neçə sığorta sahəsi var. Bunlardan biri də ictimai nəqliyyatda istifadə edilən avtobuslardır.
Son zamanlar bəzi sığorta şirkətlərinin marşrut xətlərində fəaliyyət göstərən avtobusları sığortalamadıqları bildirilir. Avtobusları yalnız sığorta şirkətlərinin saytına daxil olub, onlayn qaydada sığortalamaq mümkündür. Çünki vətəndaşın sığorta şirkətinə onlayn qaydada müraciəti zamanı sığorta şirkətləri müraciətdən imtina edə bilmirlər. Vətəndaşların və ya sığorta agentlərinin ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus sığortası üçün ofisə müraciəti zamanı isə mənfi cavab aldıqları bildirilir.
Məsələ ilə bağlı ONA-ya açıqlama verən sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib ki, qanunvericiliklə avtobusların sığortalanmaması ilə bağlı hər hansı bir qadağa yoxdur və avtobusları sığortalamaqdan imtina edən sığorta şirkətləri bunu qeyri-qanuni edirlər. Ekspert sığorta şirkətlərinin ictimai nəqliyyat kimi istifadə olunan avtobusları sığortalamamaq səbəbini avtobus sürücülərinin tez-tez qəza törətməsi ilə əlaqələndirib. Ceyhun Əsgərovun sözlərinə görə, sığorta şirkətləri agentlərə şifahi olaraq avtobusları sığortalamamağı tapşırırlar.
Son zamanlar artıq sprinter avtobusları da “qara siyahı”ya daxil edilib. Ən çox da şəhərdaxili (Bakı, Sumqayıt və Gəncədə) işləyən avtobuslar sığorta şirkətlərinə problem yaradırlar. Bir müddət əvvəl rayonlararası işləyən avtobuslar riskli sayılmırdısa, indi bu avtobuslar da riskli hesab olunur.
Sığorta mütəxəssisinin sözlərinə görə, avtobusunu sığortalaya bilməyən və ya sığorta ödənişini ala bilməyən vətəndaş İcbari Sığorta Bürosuna müraciət edə və ya sığorta şirkətini məhkəməyə verə bilər.
Ceyhun Əsgərov bildirib ki, avtobuslardan sonra sığorta şirkətlərinin sığortalamaqdan boyun qaçırdıqları ikinci sahə kənd təsərrüfatında heyvandarlıq və əkinçilik sahələridir: “Bu növ sığorta şirkətlərinin heç arzulamadığı sahələr hesab olunur. Buna səbəb isə heyvandarlıq və əkinçilik sahəsində dəyə biləcək ziyanın fermerlər tərəfindən vaxtında operativ şəkildə qarşısının alınmayacağı ehtimalıdır”.
“Sığorta şirkətlərinin ən çox üstünlük verdikləri sığorta növləri isə könüllü sığorta sahələridir. Daşınmaz əmlakın könüllü sığortası, kasko sığorta, tibbi sığorta bu kimi sığorta növləri həmişə sığorta şirkətləri üçün prioritet sahələr olub” - deyə mütəxəssis qeyd edib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










