Şirvanda 4 nəfərin öldüyü qəzanın ŞOK səbəbi üzə çıxdı - FOTO - VİDEO
4 nəfərin öldüyü qəza ilə bağlı Şirvan şəhər sakinləri Avtosfer.az-a müraciət edib. Bildirirlər ki,qəzanın baş verməsinə səbəb yol təsərrüfatında yaranan problemdir.Təqdim olunan video və fotolardan göründüyü kimi yolda çökmə baş verib ora düşən avtomobilin sürücüsü idarəetməni itirir. Sakinlər deyir ki, ərazidə sürət həddini aşılması vəziyyəti daha da gərginləşdir. Aşağı sürətlə idarəetmədən çıxan avtomobili müəyyən mənada saxlamaq mümkündür amma sürət yüksək olduqca maşını saxlamaq mümkün olmur.
Normalda ciddi təhlükə yaranmasa da avtomobil çökməyə düşdükcü sürücü özünü itirir və qəfil əyləci basmaqla, sükanı sağa-sola çəkərək manevr etməklə vəziyyətdən çıxmağa çalışır. Bu zaman avtomobil idarəetmədən çıxaraq "Şirvan şəhəri" sözü yazılan tikiliyə dəyir.
Yerli adamlar yolun vəziyyətini bildiyinə orda qəzaya düşmür. Lakin əraziyə bələd olmayan sürücülər burada qəza törədir. Xüsusilə də yüksək sürət olduqda avtomobilin təkərləri çökəyə düşərək yerdən üzülür. Nəticədə isə sürücü bu vəziyyətdə heç nə edə bilmir. Sakinlər hesab edir ki, yolda vəziyyət heç də ürək açan deyil əgər yolun bu vəziyyətdə olması qəzalara səbəb olursa məsuliyyəti də həmin yola nəzarət edənlər daşıyır problem təcili şəkildə həll etmək və yolda nəzarət edən qurumun səlahətli şəxslərini cəzalandırmaq lazımdır.
Qeyd edək ki, dekabr ayının 27-də Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şirvanın girişində qeydə alınıb.“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb. Qəza nəticəsində dörd nəfər ölüb.
Vəfat edən sürücünün 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlu olduğu müəyyən edilib.
Qəzada ölən qadınlar – Salyan rayon, Marışlı kənd sakini 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı, Tərtər rayon sakinləri- 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı və 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızıdır.
Elmin