"Standart İnsurance"dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun

Sözügedən sığorta şirkəti ucuz və cılız yollarla insanların pullarını mənimsəyir. Belə ki, "Standart İnsurance" icbari sığortalanan avtomobildə qəza hadisəsi baş verən zaman nəinki ödəniləcək məbləği gecikdirir, hətta məbləğdən özünə "obed" pulu da ayırır.
İLK NÖVBƏDƏ QİYMƏTLƏNDİRMƏ
"Standart İnsurance" avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün vətəndaşı avtoservisə yönləndirir. Qiymətləndirmə başa çatdıqdan sonra isə sığorta şirkəti əlinə dəsmal götürür. Buna isə tragikomediya deyirlər. Şirkət həm avtomobili sığortalayır, həm də pulum yoxdu deyir. Heyif ki, bu yazıda "smaylik" istifadə edə bilmirəm. Ay qardaş, pulun yoxdu get evində 1 boşqab supunu iç. Niyə avtomobil sığortalayırsan?!
DİLƏNÇİLİKDƏ YENİ CIĞIR
"Hörmətli vətəndaş, qiymətləndirmə 730 manat tutdu. Üzüm ayağının altına, gəl, bunu 670 edək, qardaşın 1 həftəyə sənin pulunu verir. Yetər ki, sən bu 670 manata qol çək gerisi mənlikdi".
YALANDIR, İNANMAYIN!
Həmin bir həftə olacaq 10 gün, 10 gün olacaq 1 ay və beləliklə müddət uzanaraq 5 ayı keçəcək. Hələ bu azmış kimi indi də sığortadakı "qardaş" ödənişi aprel ayının 5-ə söz verib.
Bunların hamısı belədir?
Bu da əslində qəliz sualdır. 2 gündür şirkətin marketinq şöbəsinin "əməkdaşı" Aysel xanım məsələni qulaqardı edir. Zəng edib davranışlarının doğru olmadığını söylədik. Bundan sonra Aysel xanım telefonlara ümumiyyətlə cavab vermir.
Sonda isə bu və bu kimi sığorta şirkətlərinə ayıb olsun. Xüsusilə də "qardaşın həll edəcək" deyən işçiyə. Siz öz daxilinizdə bir-birinizə "qardaş" deyin.
"Standart İnsurance" kameraya əl salla, məşhur oldun! (Kommersant.az)
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












