"Sürücü nəzərə almalıdır ki, onun ailəsində də piyada var"- EKSPERT AÇIQLADI

Yazarlar 15 Dekabr 2021 13:31 Oxunub 1578
"Sürücü nəzərə almalıdır ki, onun ailəsində də piyada var"- EKSPERT AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bu məsələdə birinci növbədə sürücü mədəniyyəti, sürücülərin ətrafdakı insanlara davranışı, onlara münasibəti önə çıxır. Hədəfsizliyi, ətrafa saymamazlıq nümaiş etdirməyi ilə seçilməyi özünə yaxşı bir hərəkət kimi rəva görənlər, yol hərəkətində də eyni xətaları törədirlər”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

“Bu cür insanlar qayda pozmaqla öyünürlər, qayda pozmaqdan ləzzət alırlar, elə bilirlər ki, ətrafdakılar onu alqışlayır. Lakin artıq o dövr deyil, əvvəllər bəlkə də belə situasiyalar olub. Ancaq bu gün bu hərəkətlər cəmiyyətdə, insanlar arasında ikrah hissi doğurur. Məsələn, bu gün qırmızı işıqdan keçən insana dəli kimi baxırlar ki, yəni bu adam normal düşüncədə ola bilməz. Əgər bir insan başqalarının həyatına təhlükə yaradırsa kim ona rəğbət bəsləyə bilər? Əks istiqamətdə yola çıxıb özünü başqalarından üstün göstərməyə çalışırsa bu ədəbsizlik və tərbiyəsizliyin böyük göstəricisidir. Eyni zamanda yağışlı havalarda edilən hərəkətlər də qəzalara səbəb olur. İnsanlar görürlər ki, gölməçələr var, yolun hərəkət trayektoriyasını bilmirlər, yolun ümumi vəziyyətindən xəbərsizdirlər və yaxud da çox nadir hallarda o yoldan istifadə edirlər. Çox təəssüflər olsun ki, indi aidiyyati qurumlar yağış sularının idarə edilməsi sistemini düzgün qurmayıblar. Ona görə də yağışlı hava olan kimi yollarda gölməçələr yaranır. Bu kimi hallarda sürücülərimiz ehtiyyatlı olmalıdır. Sürücü, “mən sürücüyəm, o isə piyadadır, özü bilər nə olur” kimi düşünməməlidir. Sürücü nəzərə almalıdır ki, onun evində, ailəsində də piyada var. Bu baxımdan hər bir sürücü həm də özünü piyada kimi təsəvvür etməlidir. Yolda diqqətli olmalıdır, yol hərəkəti qaydalarına əməl etmək lazımdır. Düzdür ki, mən də sürücüyəm. Bəzən elə situasiyalar yaranır ki, insan bilə bilmir ki, o yolda nə var. Baxırıq ki, təzə və düz yoldu, biraz irəlilədikdən sonra görürük ki, qabağımıza gölməçə çıxır. Məlum olur ki, üç ay bundan öncə yol çəkilib, bir ay sonra isə başqa bir qurum gəlib orada qazıntı işləri yaradıb və orada çökəklik yaradıb. Yəni, bu kimi hallar olur və insan istər-istəməz bilmir və gedib gölməçəyə düşür. Belə olanda da ətafdakı insanlara zərər verir. Lakin, yol hərəkəti qanununa görə sürücü, həmin gölməçələrdəki suyu ətradakı binalara, obyektlərə və piyadaların üzərinə sıçratmamalıdır. Bu əməl İnzibati Xətalar Məcəlləsində 40 manat cərimə ilə nəticələnir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh