Reklam

Sürücü yatdı, özü və sərnişini öldü: Quba yolunda dəhşətli qəza - FOTO - VİDEO

Yazarlar 17 Dekabr 2019 11:45 Oxunub 7741
Sürücü yatdı, özü və sərnişini öldü: Quba yolunda dəhşətli qəza - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səhərə yaxın qeyd olunan ərazidə yorğun olduğu üçün sükan arxasında yuxulayıb

Bu gün səhər saat 06:00 radələrində Bakı-Quba 32,5 km-də, Bakı istiqamətində "Standart Lizinq" şirkətinə məxsus olan, Elvin Nəsibovun idarə etdiyi 90 JR 522 dövlət nömrə nişanlı, “Hova” markalı yük avtomobili şebenlə dolu vəziyyətdə aşıb. Nəticədə maşının sürücüsü və sərnişin Rəşad Rəhimov hadisə yerində ölüb. Avtosfer.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, sürücü iş və istirahət rejiminə əməl etməyib. Gün ərzində bir neçə dəfə Quba və əks istiqamətdə hərəkət edib. Xüsusilə gecə saatlarında yük daşıma ilə məşğul olan sürücü həmin gün də istirahət rejiminə riayət etməyib.

Aparılan araşdırma zamanı məlum olub ki, son bir həftə ərzində sürücü dayanmadan əsasən də gecə saatlarında nəqliyyat vasitəsini idarə edib. 16-17 dekabr tarixlərində isə sürücü Bakı-Quba-Bakı istiqamətində dayanmadan 13 saat, 640 km (4 reys) məsafə qət edib. Geri qayıdan zaman isə səhərə yaxın qeyd olunan ərazidə yorğun olduğu üçün sükan arxasında yuxulayıb və nəticədə bu ağır qəza baş verib.

Qeyd edək ki, Nazirlər Kabinetinin  2010-cu il 24 dekabr tarixli 244 nömrəli və “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” 2016-cı il 10 mart tarixli 118 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında qərarında deyilir ki, sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı 1 (bir) ay qalmış sürücülərin nəzərinə çatdırılır. Həmçinin gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.

Dövlət Yol Polisi və Avtosfer.az saytı bir daha sürücülərə müraciət edir. Xüsusən də qış aylarında səhərə yaxın sükan arxasında diqqətli olmaq lazımdır. Çünki sona avtomobili isidir və insana səhər saatlarında yuxu gəlir. İsti kabinə və səhərin şirin yuxusu sizi faciəyə apara bilər. Odur ki, uzaq yola çıxarkən yatmaq və dincəlmək, daha sonra hərəkət etmək lazımdır. Əks təqdirdə bu cür ağır qəzalarda həyatınızı itirə bilərsiniz. Özünüzü və yaxınlarınızı təhlükəyə atmayın. Unutmayın ki, sizi evdə gözləyənlər var. Onlara qazanmaq istədiyiniz 10 manat artıq pul sizi onlardan birdəfəlik ayıra bilər.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh