Sürücülər avtomobili təcili öz adına keçirsin - Bu cür problemlər yaşanacaq

Son zamanlar geniş yayılmış hadisələrdən biri də sürücülərin etibarnaməylə sürdükləri avtomobillərinin onların əlindən alınmasıdır. Redaksiyamıza müraciət edən şikayətçi bildirir ki, o, aldığı avtomobilini etibarnaməylə idarə edib və avtomobilin birinci sahibinin banka borcu olduğu üçün məhkəmə həmin şəxsin əmlakına həbs qoyaraq avtomobili əlindən alıb. Hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, bu cür işlərdə sürücülərin avtomobili birbaşa öz adlarına keçirməsi daha vacib məsələlərdən biridir: “Biz həmişə deyirik ki, etibarnamə mülkiyyət hüququ deyil, avtomobil üçün müvəqqəti sahiblik etmək hüququ verir. Ona görə də mülkiyyətçinin özünün problemi çıxanda etibarnaməylə avtomobil idarə edən adama problem yaranır. Məsələn, borca görə avtomobilə həbs qoyurlar, əlindən alaraq müsadirə edirlər və ya hərraca çıxarırlar. Burda əsas məsələ odur ki, etibarnaməylə avtomobil idarə edən şəxsin mülkiyyət hüququ yoxdur və ona görə də belə bir problemlə qarşılaşır. Sürücülərə tövsiyəmiz odur ki, çalışıb hüquqi prosedurlardan istifadə etsinlər və avtomobili öz mülkiyyətlərinə keçirsinlər. Belə olarsa, heç bir problem yaşana bilməz. Bununla yanaşı, dövlət orqanları da bu proseduru sadələşdirsələr, onda sürücülər bir çox hallarda etibarnamədən imtina edib avtomobili birbaşa öz adlarına keçirərlər”.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










