Sürücülər Babək prospektində yeni qaydalara öyrəşə bilmir – VİDEO

Babək prospektinin təmirindən sonra həmin yoldan qayda pozan sürücülərin videogörüntüləri Avtosfer.az-a tez-tez göndərilir. Bəzi sürücülər dönmə radiusunu düzgün hesablamadığından geriyə dönüş zamanı birbaşa soldan ikinci zolağa dönür. Elə 10 SE 775 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü də həmin kateqoriyaya aid olanlardandır. O, dekabrın 6-da, saat 16:10 radələrində geriyə dönüş zamanı radiusu düzgün hesablamadığı üçün birbaşa ikinci zolağa dönür və digər hərəkət iştirakçısına əməlli-başlı təhlükə yaradır.
Dekabrın 9-da, saat 08:29 radələrində isə 10 AV 085 dövlət qeydiyyat nişanlı "Priora", 99 HZ 509 dövlət qeydiyyat nişanlı "Toyota” və dövlət qeydiyyat nişanı görüntüdən məlum olmayan "Mitsubishi" markalı avtomobilin sürücüləri isə zolaqlar üzrə yolun asfalt örtüyünə nişanlar çəkilməsinə, yuxarıdan tablolar asılmasına baxmayaraq geriyədənmə zolağından düzünə hərəkət edirlər.
Xatırladaq ki, 4 sürücünün hər birinə İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat cərimə tətbiq olunmalıdır.
Avtosfer.az görüntüləri təqdim edir.
Kənan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












