“Sürücülər də normal işləmək istəyirlər” - Ekspertdən AÇIQLAMA

“Ucuz qiymət, keyfiyyətli xidmət” şüarı ilə minlərlə müştəri toplayan bir çox taksi şirkətləri hər gün qəpik-qəpik qiymətləri artırmağa davam edir. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər arasında bahalaşma əsasən, taksilərə aid olub.
Bəs bu qiymət artımı nə zamana qədər davam edəcək?
Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksi qiymətlərinin həddən artıq aşağı düşməsi bəzi şirkətlərin marağından irəli gələn, süni şəkildə atılan addımlar idi:

“Rəqabət adı altında atılan bu addımlar sonda ciddi problemlərə gətirib çıxarır. Nəticədə sürücülər yorğun və yuxusuz halda 14-15 saat işləmək məcburiyyətində qalırdılar ki, bu da tez-tez yol-nəqliyyat hadisələrinə, keyfiyyətin aşağı düşməsinə səbəb olur.
İndi kimsə düşünə bilər ki, qiymətin ucuz olması hər kəsə sərf edir. Amma burada insan həyatından söhbət gedir. Dövlətin qoyduğu əsas tələb budur ki, qiymət siyasəti düzgün müəyyənləşdirilsin və bu sahədə təkmilləşdirmə prosesi başlasın”.
Ekspert qeyd edib ki, sürücülərin tibbi müayinəsi, narkoloji dispanserdən arayışın gətirilməsi vacib şərtlərdən biridir: “Qiymət artımı bu səviyyədə davam etməyəcək. Sadəcə bizim gördüyümüz real bazar qiymətləri deyil. Bu, süni şəkildə ucuzlaşdırılmış ödənişlərdir. Bu da sürücülər normal işləyə bilsinlər deyə tənzimlənir.
Bəzi insanların düşüncəsinə görə, biz elə iki-üç manatlıq xidmətdən bəhrələnib rahat olmalıyıq, onlar da başlarının çarəsinə baxmalıdırlar, xoşu gələn işləsin, xoşu gəlməyən çıxsın getsin. Bu da düzgün yanaşma deyil”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










