Sürücülər, diqqətli olun: Ziyanın 5 min manatından qayıtmaq var

Yazarlar 31 İyul 2019 20:09 Oxunub 1872
Sürücülər, diqqətli olun: Ziyanın 5 min manatından qayıtmaq var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkən yerdə qalan məbləği almaq üçün məhkəməyə müraciət etməlidir

Ölkədə yol qəzalarının sayı, bəzən elə həddə çatır ki, heç Qarabağ uğrunda döyüşlərdə bu qədər insan itkisi vermədiyimizi düşünürük. Bunun səbəbləri də həddindən artıqdır. Lakin əsas mövzumuz qəzaların sayı və səbəbləri deyil, qəzalardan sonra ortaya çıxan ciddi bir problemdir. Belə ki, “icbari sığorta” deyilən anlayış var və hər kəsin avtomobili məcburi şəkildə sığortalanır. Qəza baş verdikdə də, qəzanı törədən şəxs qarşı tərəfə cibindən kompensasiya ödəmir, həmin ziyanı sığorta şirkəti qarşılayır. Və bu da maksimum 5 min manat dəyərində. Yəni qarşı tərəfin avtomobilinə 10 manat dəyərində ziyan dəymiş olsa belə, sığorta şirkəti bu məbləğin 5 min manatını ödəyir. Bəs geri qalan 5 min manat? Onu kim ödəməlidir, yaxud zərərçəkmiş pulunu necə tələb etməlidir?

Məsələni şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra, yol polisi hadisəni araşdırır və qərar qəbul edir: “Qərarda bəlli olur ki, kim günahkardır. Nəticədə günahkar ya inzibati məsuliyyətə cəlb olunur, ya da onun barəsində cinayət işi açılır. Daha sonra zərərçəkən günahı olan sürücüdən ona dəymiş ziyanı tələb edir”.

 

“Bunun üçün hər hansı bir servisdə avomobilə baxış keçirilir. Servis akt yazır ki, avtomobili əvvəlki vəziyyətə gətirmək üçün nə qədər xərc tələb olunur. Doğrudur, sığorta 5 min manata kimi dəymiş ziyanı ödəyir. Zərərçəkən daha sonra yerdə qalan zərəri almaq üçün məhkəməyə müraciət edir”, - deyə müsahibimiz bildirir.

 

O, burada incə bir məqam olduğunu deyir: “Sürücülərə sığorta pulu ödəyən zaman, onlara heç bir şikayətləri olmadığı barədə sənədə imza atdırırlar. Sürücü o sənədə imza atan zaman qeyd etməlidir ki, sığorta pulunu ödədiyi üçün ondan şikayəti yoxdur. “Mənə dəyən ziyanın bir hissəsini də qəza törədən sürücüdən tələb edəcəm”, - deyə yazılan sənədi imzalayır. Bu sənədə imza atması məhkəmədə sürücünün əleyhinə işləyir. Amma məhkəməyə müraciət də çox uzun prossesdir. Zərərçəkən kifayət qədər vaxt, eyni zamanda vəkilə, sənədləşməyə və sairə pul ödəməli olacaq. Bu da ona sərf etməyə bilər”.

Yol-nəqliyyat eksperti Tural Yusifov da AYNA-ya açıqlamasında deyir ki, sığorta maksimum zərərçəkənə 5 min manat ödəyir: “Əgər avtomobildə olan sərnişinlərdən kimsə zədələnibsə, icbari sığorta onlara maddi yardım üçün maksimum 5 min manat ayıra bilər. Bu da onu aldığı xəsarətə baxır. Sığorta isə həmin pulu isə zərərçəkənə yox, birbaşa xəstəxanaya ödəniş edir”.

“Ona görə də çalışıb maksimum dərəcədə diqqətli olmaq, avtomobilləri ehtiyatla idarə etmək lazımdır. Eyni zamanda, sürücülər avtomobillərini kasko sığorta etdirsinlər ki, belə problemlərlə rastlaşmasınlar. Kasko bütün xərci ödəyir”, - deyə ekspert əlavə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh