Avtobus sürücülərinə 500 manatlıq forma “alan” kimdir? - VİDEO

Bakı Bus MMC ilə bağlı problemin aradan qaldırılması üçün idarəetməyə yanaşma dəyişməlidir. Avtosfer.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, Bakı Bus MMC-nin özəlləşdirilməsi daha səmərəli addım olar:
“Bakı Bus MMC əvvəl Bakı şəhər İcra Hakimiyyətinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi. İndi isə İnvestisiya Holdinqinə verildi. Bu qərarların arxasında səmərəli idarəetmənin olmaması dayanır. Bununla bağlı faktlar da var. Məsələn, avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır. Bu qurum belə idarə olunacaqsa, o, dövlətə ağır yük olacaq. Buna görə də sahibkarlara imkan yaratmaq lazımdır. Dəfələrlə təklif etmişəm ki, “Bakı Bus” üçün ayrılan pullar güzəştli kredit olaraq sahibkarlara verilsin.
Onsuz da MMC-yə ayrılan pullar geri qaytarılmır. Məndə olan məlumata görə, bəzi illərdə bu qurum heç cari xərclərini, yəni sürücülərin maaşını, avtobusların təmirini, yanacağını ödəyə bilmir və dövlətdən dotasiya alır. Baxmayaraq ki, bu avtobusları elə dövlətin özü alıb. Əgər həmin pulları faizsiz kredit olaraq sahibkarlara təklif etsələr, onlar bu işi daha yaxşı görər. Təbii ki, burada sahibkarları da düzgün seçmək lazımdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












