Banner

Sürücülərin peşəkarlıq səviyyəsi artırılmalıdır - Ekspert

Yazarlar 23 İyun 2023 15:38 Oxunub 544
Sürücülərin peşəkarlıq səviyyəsi artırılmalıdır - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İnzibati xətalarla bağlı bir sıra cəzalar tətbiq olunub. Cərimələr,azadlıqdan məhrum etmə cəzası və. s. Bu məsələ ilə bağlı günlük,aylıq cəzalar tətbiq oluna bilər. Cəzalar ona görə tətbiq olunur ki, qaydalar pozulur. Bir sıra yol- nəqliyyat hadisələrinin sayı artır. Bu da narahatçılığa əsas verir”.

Bu sözləri AzNews.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

O vurğulayıb ki, ölüm və xəsarətlə nəticələnən hadisələr çoxluq təşkil edir.

“Hadisələrin təhlili onu deməyə əsas verir ki, məhz bu xətalar üzrə yol nəqliyyat hadisələrinin baş verməsində artım var. Bu cür xətalar çox hallarda yol nəqliyyat hadisələrinə səbəb olur ki, bunların cəriməsinə artıq müzakirələr mərhələlərdən keçib. Təhlillər aparılır ortaya çıxan mənzərə odur ki,sürücülər sürət həddini tez-tez aşır,yol hərəkət qaydalarını pozurlar. Belə olduqda cəzaları sərtləşdirmək qaçılmaz oldu. Cəzaları sərtləşdirmək də tam çıxış yolu deyil. Burada cəzaları sərtləşdirməkdən başqa sürücülərin peşəkarlığı da artırılmalıdır. Bir çox vacib addımlar var ki, onlar mütləq atılmalıdır”.

Ekspert onu da bildirib ki, yol-nəqliyyat hadisələrinin baş verməsində, yol hərəkətlərinin təşkilində olan qüsurların da rolu var:

“Bəzi yollar var ki, orada işıqlandırma yoxdur, yol xətləri tez-tez silinir. Nişanlar ağacların arxasında gizlənir. Bu kimi məsələlərə ciddi nəzarət olmayanda bəzi xoşagəlməz hadisələrə gətirib çıxarır. Amma heç bir problem olmayan yollarda da qayda pozuntularına rast gəlirik. Burada qayda pozuntusuna şərait yaradan sürücülər olur".

O həmçinin əlavə edib ki, sürücülük vəsiqələrinin vətəndaşlara satılmasının qarşısı alınmalıdır: "Amma sual yaranır ki, bu vəsiqələri vətəndaşa zorla satan var? Vətəndaşlar bu bilgilərə sahib olmaq üçün oxumur, nəticədə pul verərək vəsiqə alırlar. Vətəndaş məsuliyyəti dərk etməlidir. Bəzi sürücülük təlimləri var ki, formal olaraq işləyir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh