Sürücülərin yazılmayan qanunları: Qəza zamanı sənədləri girov qoyurlar – VİDEO

Bəzi hallarda yol nəqliyyat hadisələri zamanı zərərçəkmiş sürücü qəzaya səbəb olan şəxsin sənədlərini alıb hadisə yerindən gedir. Tərəflər öz aralarında razılığa gəlir ki, qəza törədən sürücü zərərçəkmişin avtomobilini təmir etdirdikdən sonra sənədlərinı alacaq. Bəs görəsən belə hal qanunla doğrudurmu? Avtosfer.az-ın məlumatına görə, qəza törədən sürücü məsuliyyətdən yayınmaq üçün öz sənədlərini girov kimi təklif edir.
Sürücülər bildirir ki, belə hallara hələ də rast gəlmək mümkündür. Qəza zamanı polis çağırmağa o qədər də istəkli olmayan belə sürücülər öz aralarında razılığa gəlməyə üstünlük verirlər. Sürücülərin sözlərinə görə, belə addım sürücülük vəsiqəsi olmadan və yaxud da sığortasız avtomobil idarə edən sürücülər tərəfindən atılır.
Bəs qanunla necə, kiminsə qəzaya səbəb olan sürücüdən sənədi girov kimi alması düzgündür?
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, İnzibati Xətalar Məcəlləsində və "Yol hərəkəti haqqında" qanunda qəza zamanı sürücülərin hüquq və vəzifələri aydın şəkildə yazılıb. Əgər qəza zamanı dəymiş ziyan min manatdan aşağıdırsa, sürücülər öz aralarında razılığa gələ bilərlər. Bu da müəyyən qaydalar çərçivəsində olmaq şərti ilə. Amma hansısa zərərçəkmiş sürücünün kimdənsə sənəd alması doğru deyil.
Bu cür hadisələr onu göstərir ki, bəzi sürücülər şəxsi sənədlərini və yaxud avtomobilin texniki pasportunu qarşı tərəfə verməklə özlərini də riskə atırlar.
Ekspert deyir ki, tanımadığı şəxsə sənəd vermək və ya girov qoymaq olmaz.
Odur ki, ekspert sürücüləri diqqətli olmağa çağırır.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










