Reklam

Sürücülük vəsiqəsində eynəkli fotosu olanların diqqətinə - Eynəksiz sürmək olmaz 

Yazarlar 27 Fevral 2019 13:48 Oxunub 10421
Sürücülük vəsiqəsində eynəkli fotosu olanların diqqətinə - Eynəksiz sürmək olmaz 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunla bu əməl qayda pozuntusu sayılır, amma cərimə nəzərdə tutulmur

Avtosfer.az saytı sürücüləri yol hərəkəti qaydaları ilə bağlı yeniliklərlə tanış etməkdə davam edir. Daha bir yenilik sürücülük vəqisələrinin verilməsi ilə bağlıdır. Belə ki,“Yol hərəkəti haqqında” qanunun 34-cü maddəsinə edilən dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minib. Bu dəyişikliklər arasında sürücülərin məlumatlanması vacib olan bir neçə məqam var. Bunlardan biri də eynəkli vəziyyətdə avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi almış şəxslərlə bağılıdır. “Yol hərəkəti haqqında” qanunun 34-cü maddəsinin 3-cü bəndinin 12-ci hissəsində belə bir məsələ qoyulub ki, vətəndaş sürücülük vəsiqəsi alarkən onun əldə etdiyi kateqoriya və alt kateqoriya haqqında əlavə məlumat və məhdudiyyətlər öz əksini tapmalıdır. Həmin məhdudiyyətlər avtomobili eynəklə idarə etmək və yalnız avtomatik transmissiyalı avtomobilləri idarə etmək hüququnun verildiyinə dair qeydlərdən ibarətdir. Belə sürücülük vəsiqəsinə malik olan vətəndaş bilməlidir ki, nəqliyyat vasitəsini eynəklə idarə etməyə dair vəsiqədə qeyd varsa eynəksiz halda avtomobil idarə edə bilməz. Edərsə, qanunun tələbini pozmuş sayılır. Lakin onu da qeyd etmək lazımdır ki, bu cür qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsində hər hansı cərimə nəzərdə tutulmayıb.
“Yol hərəkəti haqqında” qanun tələb edir ki, sürücülük vəsiqəsi üçün imtahan verən şəxsin Səhiyyə Nazirliyindən aldığı arayış əsasənda onun görmə qabiliyyəti nəzərdən keçirilir və tibbi arayış əsasında vəsiqədə "eynəkli vəziyyətdə idarə edə bilər" qeydi əks olunur. Bu o deməkdir ki, sürücü avtomobili daim eynəklə idarə etməlidir. Ancaq buradan belə bir nəticəyə gəlmək olar ki, vətəndaş ona vəsiqə veriləndən bir müddət sonra müalicə almış olarsa, yaxud Səhiyyə Nazirliyindən sağlam olması barədə arayış təqdim edərsə vəsiqə dəyişdirilə bilər və bu zaman oradakı "eynəkli" sözü götürülə bilər.
Amma vətəndaşlar unutmamalıdır ki, vəsiqə alarkən “eynəkli" qeydi varsa eynəksiz maşın sürmək olmaz. Bu hüquq həmin vətəndaşdan alınmış sayılır. Bir daha qeyd edirik ki, bu pozuntuya görə cərimə nəzərdə tutulmur. Amma bir çox ölkələrdə cərimələr var. Bu, təhlükəsizlik baxımından vacib məsələdir. Bəzən vətəndaşlar səhlənkarlıq edir, eynəkli vəziyyətdə şəkil çəkdirib vəsiqə alırlar və bu qeyd də vəsiqəyə düşür. Lakin sonradan "görmə qabiliyyətim yaxşıdır” deyib sükan arxasında əyləşirlər. Əgər problem varsa eynəksiz avtomobil idarə etməsinlər. Amma əgər sağalıblarsa tibbi arayış təqdim etməklə sürücülük vəsiqələrini yeniləyə və həmin qeydi oradan götürə bilərlər. Bu zaman heç bir qayda pozuntusundan söhbət gedə bilməz.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh