Taksi şirkətlərinin yağışlı havalarda qiyməti qaldırması doğrudurmu? - EKSPERT

"Çətin hava şəraitində taksi qiymətlərini bu qədər qaldırmaq olmaz. Artım qanunsuz deyil, amma insafsızlıqdır".
Avtosfer.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev bu gün taksilərdə gediş qiymətlərinin fantastik dərəcədə bahalaşması faktlarının səbəblərini izah edərkən deyib.
O bildirib ki, sıxlıq, çətinlik, tələbat artan kimi taksilərdə qiymətlər artır:
"İstər təyyarədə olsun, istər sürət qatarında, dünya təcrübəsində bu var. Tələbat artan kimi qiymət artır, adi vaxtlarda isə azalır. Bu düzgün deyil, amma şirkətlər də belə siyasət qurublar. Yəni, dünyada qəbul eilmiş bir sistemdir. Taksi fəaliyyətində qiymət artımı hava şəraitinə görə dəyişir".

Ekspert hesab edir ki, qiymət artımı sərnişinlərə çox ciddi təsir göstərir:
"Bir də görürsən iki, hətta 3 dəfəyə kimi qiymət qalxa bilir. Buna görə də insanlar əziyət çəkir. Belə halda biz onlara qiyməti niyə qaldırırsınız deyə bilmərik. Bu gün taksi fəaliyyətində sabit qiymət yoxdur. Qiyməti bazar və rəqabət tənzimləyir. Rəqabətdə də bir çox seçimimiz var".
Yasin Mustafayev bildirib ki, bu günlərdə hansı şirkət ucuz xidmət göstərirsə, onlara müraciət etmək daha məqsədəuyğun olar.
Xatırladaq ki, bu gün Bakıda kəskin yağışlı hava şəraitindən istifadə edərək taksi fəaliyyətində qiymətlər kəskin artıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












