Taksi sürücüləri pulun qalığını qaytarmır, kartla ödənişə etiraz edir - Nə etməli?

Taksi şirkətləri ilə bağlı narazılıqlar yenidən artıb. Sosial mediada xüsusilə şirkətlərlə əməkdaşlıq edən sürücülərin vətəndaşla davranış qaydalarının yanlış olması, nağd ödəniş zamanı sürücünün qalıqları geri qaytarmaması və ya kartla ödənişə etiraz etmələri və.s. kimi məsələlərlə bağlı şikayətlər səsləndirilir.
Maraqlıdır, sürücüləri işə götürən şirkətlər bunlara görə məsuliyyət daşıyırmı? Vətəndaşlar taksi sürücüləri ilə problem yaşayan zaman hansı addımı atmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında deyib ki, burada tam olaraq sürücülərin işə götürülməsindən söhbət gedə bilməz:
"Bu gün gördüyümüz taksi sürücülərinin 5-10 faizi hansısa taksi şirkətinin əməkdaşı sayılır. Qalanları şəxsi avtomobilləri ilə xidmət göstərən şəxslərdir. Onlar heç bir şirkətdə işə düzəlmirlər, sadəcə olaraq şirkətlərlə əməkdaşlıq edirlər. Şirkətlər isə daha çox qazanc əldə etmək üçün hamı ilə əməkdaşlıq etməyə hazırdır. Barmaqla sayıla biləcək bir neçə şirkət var ki, öz işlərini doğru-düzgün qura bilir, səviyyələrini qorumağı bacarır, brend kimi məsuliyyətlərini ciddi şəkildə nəzərdən keçirirlər. Eyni zamanda hər sürücünü əməkdaşlığa qəbul etmir və qiymətləri bərbad vəziyyətdə deyil. Həm sürücü, həm də sərnişin ona göstərilən xidmətdən razı qalır. Sərnişin bilir ki, həmin şirkətlə əlaqə saxlasa, komfortlu maşın, ədəbli-ərkanlı sürücü gələcək, artıq pul ödəsə də, mənzil başına rahat çatacaq. Belə şirkətlər çox azdır”.
Müsahibimiz qeyd edib ki, digərləri maddi marağa üstünlük verir, hər bir sürücünü əməkdaşlığa qəbul edir və yeri gələndə o sürücüləri də istismar edirlər:
"Sürücüdən depozit alırlar, gündəlik qazancına şərik olurlar, ucuz qiymətə istismar edirlər və.s. Bugünkü taksi qiymətləri heç də reallığı əks etdirmir. Sürücülərin həm canı, həm malı əldən gedir, qazanan isə şirkətlər olur. Bu baxımdan düşünürəm ki, taksi fəaliyyəti ilə bağlı müəyyən çərçivə hazırlanmalı, sistem yaradılmalıdır. Taksi sürücüsü kim ola bilər, hansı kriteriyalara cavab verməlidir, psixoloji durumu, avtomobilin normal vəziyyətdə olması və.s. kimi məsələlər müəyyən edilməlidir. Eyni zamanda onlayn ödəniş məsələsi də birdəfəlik öz həllini tapmalıdır. Taksi sürücüsü onlayn ödənişə etiraz etməməlidir. Bu, dünyanın hər yerində qəbul edilən ödəniş mexanizmidir və gec-tez Azərbaycan da tam olaraq buna keçəcək”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












