Taksi sürücüsündən sərnişinlərə: “Kondisioner istəyirsinizsə, əliniz cibinizdə olsun” - VİDEO

Taksi sürücüsü sərnişin və həmkarlarına olan şikayətini lentə alaraq insanlarla paylaşıb.
Avtosfer.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində yayılmış video istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. İlk olaraq müştərilərə irad bildirən sürücü sifariş zamanı ödənilən məbləğlə istədikləri komfortun üst-üstə düşmədiyini bildirib. Belə ki, o, müştərilərin taksi sifariş edərkən ekonom seçmələrinə baxmayaraq həmən “kondisioner işləyir?” deyə mesaj göndərdiklərini qeyd edib. “Zakaz verirsən komfortlu taksi axtar. Əgər ekonom variantını seçib kondisioner axtarırsansa, təbii ki, mən əlavə ödəniş tələb edəcəm. 3 manat yazıbsa 6 alacam, 5 yazıbsa 10 alacam”.
Daha sonra həmkarlarından danışan sürücü onlara da iradını ünvanlayıb. Onların taksi xidmətinə hörmət etmədiklərini vurğulayan sürücü başına gələn hadisəni şərh edib. “ Bugün müştəri xanım 28 may ərazisindən sifariş verərkən dərhal “kondisioner işləyir?” yazdı. Ardınca xanıma zəng vurub kondisioner istəyirsənsə əlavə ödəniş edəcəksən dedim. Xanım isə “aa niyə bayaq gələndə qaqaşa dedik kondisioneri qoş və o da yandırdı. Əraziyə çatanda da yazılan pulu ödədik. Niyə sənə əlavə pul verməliyəm ki?” dedi. Dedim onda komfort seç get. Bax belə etməyin, ay sürücülər. Ayıbdır, işinizə hörmət göstərin. Sizə görə biz normal fəaliyyət göstərə bilmirik.”
Nərmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













