Taksi və avtobuslara dair tələblər – Sistem tam yenilənəcək

Yazarlar 11 Mart 2019 13:48 Oxunub 1898
Taksi və avtobuslara dair tələblər – Sistem tam yenilənəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişən qaydalar sərnişindaşıma sahəsindəki boşluqları aradan qaldıracaq

Məlum olduğu kimi, ötən həftə "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər" təsdiq edilib. Azərbaycanda son 10 ildə ilk dəfədir ki, sərnişindaşıma fəaliyyəti ilə bağlı belə bir sənəd ortaya qoyulur. Bu sənəd ictimai nəqliyyat sektorunda əsasən texniki tələbləri özündə əks etdirir, eyni zamanda əhaliyə rahat və təhlükəisz xidmətin təşkili ilə bağlı müxtəlif məqamları tam aydın şəkildə ifadə edir. 
Bu sənəd Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlanıb. Məsələ burasındadır ki, indəyədək bu sahədə nizam-intizam yaratmaq üçün hüquqi baza çox bəsit idi. Lakin artıq yeni qaydalar təsdiqini tapıb və növbəti illərdə mərhələli şəkildə icra olunacaq.
İlkin olaraq ictimai nəqliyyat sektorunda olan boşluqlar,  problemlər öz həllini tapmalıdır. Burada əsasən ictiami nəqliyyat vasitələrinin yenilənməsi, yəni avtobus parkının yenilənməsi, müasir tələblərə cavab verən avtobusların ölkəyə gətirilməsi, qarajların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnologiyalardan istifadə etməklə sərnişinlərə  xidmətin göstərilməsi və s. məsələlər öz əksini tapır.  Artıq vahid kart sisteminə keçidin tələbləri burada da görsənir ki, bütün avtobuslar kartla ödəniş sisteminə keçməlidir.
Avtobusların xarici görnüşü, eləcə də daxili görnüşü müasir tələblərə cavab verməlidir. Sərnişinlərin,  eləcə də əlil sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün şərait yaradılması, avtobusların hündürlüyü, bir sözlə, ən xırda detallar belə nəzərdən qaçmayıb.
Ümid edirəm ki, bu sənəd mərhələli şəkildə icra olunacaq və yaxın illərdə ictimai nəqliyyat sektorunda əsaslı dəyişikliyin ən yüksək xidmətin şahidi olacağıq. Burada həm də sahibkarlara da imkan yaradılır ki, mərhələli şəkildə öz bazalarını təkmilləşdirsinlər, müasir avtobuslara keçsinlər. Yəqin ki, bu tələbləri icra edə bilməyən daşıyıcı şirkətlər öz-özünə sıradan çıxacaq. Amma bu sahədə öz sözünü demiş şirkətlər öz fəaliyyətini davam etdirəcəklər. Bu da dövlətin sahibkarlara liberal münasibətini göstərir. Elektrik mühərriki və sıxılmış qazla işləyən avtobus və taksi avtomobillərinin ölkəyə gətirilməsi məsələsi önəmli məqamdır. Burada ekoloji tarazlığın qorunması önə çıxır.
Sənəddə taksi fəaliyyəti ilə bağlı bir çox məsələr öz əksini tapıb. Taksilərin müasir standartlara uygun olması məsələsi çox önəmlidir.
Yəqin ki, BNA bu istiqamətdə digər aidiyyatı dövlət qurumları, elcəcə də Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparıb ortaq bir məxrəcə gələ biləcəklər ki, bununla da ölkəyə gətirilən yeni taksilər və yeni avtobuslar insanlar üçün də əlverişli olacaq. Yəni taksiləri idarə edən sürücülər üçün sərfəli şərtlər təklif olunmalıdır. Bu da zamanla həmin qərara əsasən öz əksini tapmış olacaq. Çünki hazırda həm avtobuslar, həm də minik avtomobilləri üçün gömrük rüsumları normal deyil, qiymətlərə yenidən baxmaq lazımdır.
Burada müəyyən bir boşluqlar var idi ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatı aparılmırdı, onlara nəzarət mexanizmi yox idi, amma bu qaydalarda  öz əksini tapan məsələlərdən biri də bütün taksilərin GPS sistemi ilə təchiz edilməsi və BNA-ın mərkəzi bazasına inteqrasiya olunmasıdır bu da çox yaxşı haldır. Bu  həmdə onu göstərir ki, gələcəkdə vətəndaşların taksilərdən şikayətləri, taksidə unutduqları hər hansı əşyaların tapıılması və digər xoşagəlməz hadisələrin dərhal  araşdırlması öz həllini daha tez tapacaq. Ümumilkdə  sənədin yüksək peşəkarlıqla hazırlandığını  qeyd etmək olar.
Onun icrasında biz də Avtosfer.az saytı olaraq yaxından iştirak edəcəyimizə ümid edirik. Və düşünürəm ki, BNA da Avtosfer.az saytını öz tərəfdaşı kimi bu proseslərdən kənarda qoymayacaq.


Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh