Taksidən istifadən edənlərin nəzərinə!- Sürücü belə edərsə....

Paytaxt Bakının küçələrində taksilərin sayı günü-gündən artır. Əksər taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması isə qəzalara səbəb olur. Bu qəzalara səbəb olan amillərdən biri də elektron qurğular hesab olunur. Məsələ ilə bağlı yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, sükan arxasında olan sürücülərin diqqətini yayındıran əsas amillərdən biri naviqasiya sistemidir: “Elektron sistemlə işləyən qurğular sürücülərin müəyyən problemlərlə üzləşməsinə səbəb olur. Xüsusən də bu problemlə taksi sürücüləri üzləşir. Taksi şirkətləri ilə əməkdaşlıq edən sürücülərə müştəri elektron qaydada yönləndirilir. Nəticədə sürücü müştərini onlayn qaydada qəbul etmək üçün mobil telefona proqram yazdırır və bildirişləri daim izləyir. Müştərinin sifarişinə kim tez cavab versə, o da qabağa düşür. Bu baxımdan sükan arxasında olan sürücülərin diqqəti avtomobilin qabaq alın şüşəsinə yapışdırılan telefona yönlənir və qəza vəziyyəti daha yüksək olur.
Sürücü bir sifarişi yerinə yetirməmiş artıq ikinci sifarişi qəbul edir.
Taksi sürücülərinin iş rejimi çox gərgindir. Taksi şirkətlərində xidmət haqqı çox aşağıdır. Buna görə də sürücülər gündəlik stabil qazanc əldə etmək üçün daha çox işləməyə can atırlar. Bəzən olur ki, sürücü bir sifarişi yerinə yetirməmiş yeni sifarişləri qəbul edir. Bu isə yolverilməzdir. Çünki müştərini təyin olunan əraziyə çatdırmamış yeni sifarişi qəbul edən sürücü ikinci müştərini 15-20 dəqiqə gözlədir. Başqa ölkələrdə bu cür yanaşma mövcud deyil. Müştərinin sifarişi operativ şəkildə həyata keçirilir.
Ölkədə taksi parkının yaradılmasına ehtiyac var.
Ötən illərdə taksi sürücülərinə qarşı münasibət hökm sürürdü. Hazırkı şəraitdə isə taksi sürücüləri üçün kifayət qədər şərait yaradılıb. Buna baxmayaraq, sürücülər tərəfindən sui-istifadə halları çoxdur. Onlara tövsiyə edərdim ki, vicdanlı davransınlar və müştəriləri aldadaraq 25-30 dəqiqə gözlətməsinlər. İndiki şəraitdə taksi sürücülərinin əsas problemi taksi dayanacaqlarının məhdud sayda olmasıdır. Ölkədə taksi parkının yaradılması növbəli rejimdə iş qurulmasına və müştərilərə normal xidmət göstərilməsinə yol aça bilər”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












