Banner

Taksometrlər gəlir, taksidə qiymətlər bahalaşacaq – EKSPERT DETALLARI AÇIQLADI

Yazarlar 12 İyun 2023 14:31 Oxunub 1254
Taksometrlər gəlir, taksidə qiymətlər bahalaşacaq – EKSPERT DETALLARI AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı uzun müddət idi ki, müzakirələr gedirdi. Nəhayət ki, addım atıldı. Azərbaycanda taksi fəaliyyətinin qaydalar çərçivəsində olması vacibdir. Hazırda bu qaydalar gözlənilmir. Xüsusilə xarici operatorlar ölkəyə daxil olandan sonra rəqabət adıyla süni şəkildə qiymətlərin endirilməsi prosesi baş verdi. Bu heç də xoş mənzərə yaratmadı. Real qiymətlərdən çox aşağı qiymətə sərnişin daşınırdı və sürücülər normal pul qazanmaq üçün daha çox işləmək məcburiyyətində qalırdılar.

Bu sözləri Tribunainfo.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O qeyd edib ki, Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir, ancaq bu illərdir ki, qanunvericilikdə var:

“Taksometr tətbiqi yenidən gündəmə gəlib. Bu məsələ çoxdandır ki, bizim qanunvericilikdə də var. Sadəcə çox bahalı bir sistem olduğuna görə, onların alınması, taksilərdə quraşdırılması xeyli vaxt aparacaq. Və sürücülərin buna real olaraq nə qədər hazır olduğu, imkanının buna çatacağı məsələsi hələ də açıq qalır. Hesab edirəm ki, bu sistem ən azından rəqabət üçün həddən artıq aşağı qiymətlə sürücülərin işləməsinin qarşısını almış olacaq”.

E.Muradlı bildirib ki, qanun layihəsində müzakirə olunan bütün məqamlar əslində bizim qanunvericilikdə var:

“Ancaq onların reallaşması indiyə qədər mümkün olmayıb. Əgər indi də belə olacaqsa, qanunvericilikdəki dəyişiklik elə kağız üzərində qalacaqsa, heç bir nəticə əldə olunmayacaq.

Bu gün artıq müzakirə olunan qaydalar ondan ibarətdir ki, sürücülərin iş və istirahət rejiminə nəzarət etmək üçün elektron taxoqraflar tətbiq olunacaq. Əsas diqqət edilməsi məsələ sürücülərin iş və istirahət rejimidir ki, bu da elekron taxoqraflarla mümkün olacaq. Yeni qaydalar haqsız rəqabəti aradan qaldıracaq. Qiymətləri həddən artıq aşağı göstərib digər şirkətləri bazarda sıxışdırmaq düzgün deyil.

Bundan sonra yoldan keçən, maşını ən ibtidai formada idarə edənlər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcək və bu ciddi məsuliyyət yaradacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh