Təhlükəli yanacaq daşıyan maşınlar yollarda ölüm saçır - VİDEO

Sosial şəbəkələrdə tez-tez yanacaq daşıyan iritutumlu maşınların qaydaları kobud şəkildə pozduğunu əks etdirən videolar yayılır. Hətta bir neçə dəfə özümü onlardan qorumaq üçün avtomobili yolun kənarına çəkib uzaqlaşmasını gözləmişəm. Çünki konkret bir zolaqla hərəkət etmir, tez-tez təhlükəli manevrlər edirlər. Maraqlıdır ki, üzərində "Təhlükəli maddə" yazılan, həmçinin "təhlükəli sürərsə bu nömrəyə zəng edin" kimi elan olan bu maşınlar nəinki sürət həddini aşır, həmçinin digər maşınları az qala təkərləri altında salırlar. Təbii ki, həmin maşınlarla yollarda "dirəşməyi" heç kim istəmir. Çünki bu insanlara həyatı bahasına başa gələr. Amma bu sahədə nəzarət olmaması da diqqəti çəkir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı deyir ki, təhlükəli yüklər daşıyan avtomobillərinin hərəkəti xüsusi rejimlə həyata keçirilir. "Onlar istədikləri vaxt yola çıxmamalıdır. Əvvəlcədən razılaşdırılmış şəkildə hərəkət marşrutu olmalıdır. Amma çox təəssüflər olsun ki, bizim yanacaqdoldurma məntəqələrinin əksəriyyəti özbaşınalıq edir. Bu cür kobud əməllərə yol verir. Onların istismarında olan nəqliyyat vasitələrinin sürücüləri də yollarda at oynadır."
Ekspert hesab edir ki, nəqliyyat axınının pik vaxtlarında, o cümlədən gündüz saatlarında yanacaq daşımaq olmaz. "Bunun konkret mexanizmi olmalıdır. Daha çox şəhərdə nəqliyyatın az vaxtı, gecə saatlarında yanacaq daşımaq lazımdır. Əgər günorta vaxtı yanacaq daşıyan maşın qaydaları pozur, digərlərinə təhlükə yaradırsa bunu cəzasız qoymaq olmaz."
Elməddin Muradlı deyir ki, belə nəqliyyat vasitələri ilə baş verən qəzalar da az deyil. " Elə sonuncu dəfə Bibiheybət məscidinin yanında qəza baş vermişdi. Hələ də asfaltda yanıq izləri qalır."
Ekspert vətəndaşları bu məsələlərdə diqqətli olmağa çağırıb. "Ola bilər ki, yol polisi bu vəziyyəti görməsin. Amma vətəndaşlar bundan şikayət edə bilər, yaxud videogörüntü çəkərək ictimai qınaq və cəza tədbirlərinə yardımçı ola bilərlər."
Orxan Əli
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












