Texniki baxış talonu olan sürücülər də cərimələnə bilər - YENİLİYİN TƏFƏRRÜATI - VİDEO

Avtomobilin üzərində "2019" yazılan texniki baxış talonu olsa belə, sürücülər texniki baxışa görə 40 manat cərimələnə bilərlər. Bunun olmaması üçün sürücü texniki baxışa nə vaxt yaxınlaşmalı olduğunu özü bilməlidir.
Amma əksər sürücülər bu məlumata sahib deyil. Bəs bunu haradan öyrənmək olar? Avtosfer.az-ın məlumatına görə, ötən illərdə verilmiş və avtomobilin alın şüşəsinə yapışdırılan talonlar qanunvericiliyin dəyişməsi ilə qanuni qüvvəsini itirib və orada göstərilən ayların da heç bir mənası qalmayıb. Qanunvericiliyə edilən dəyişikliklə sürücü istehsal müddəti 10 ili ötmüş avtomobilini ötən il hansı tarixdə texniki baxışdan keçiribsə, bu il də həmin tarixdə və ya maksimum 20 gün sonra müayinədən keçirməlidir. Yəni sürücü bu vaxtı ötürsə, hətta üzərində 2019 yazılan talonu olsa belə, hər an 40 manat cərimələnə bilər. Bunun olmaması üçün isə texniki baxışa nə vaxt yaxınlaşmalı olduğunu əvvəlcədən öyrənməlidir. Amma əksər sürücü bunu bilmir.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyevin sözlərinə görə, sürücü bunu ''ASAN Pay'' sistemindəki kabinetindən öyrənə bilər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, bu üsul yetərsizdir. Çünki əksər sürücülərin ''ASAN Pay'' kabineti yoxdur və buna görə əlavə məlumatlandırıcı tədbirlərə ehtiyac var.
Ərşad Hüseynovun sözlərinə görə, bu məlumatlar yol polisinin mərkəzi bazasında da mövcuddur. Ona görə sürücülər texniki baxışla bağlı məlumatı yol polisinin ekipajına və ya idarələrinə yaxınlaşaraq da dəqiqləşdirə bilərlər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












