Tıxacların mənfi təsirindən necə qorunaq? - Psixoloq

Tıxacların insanlarda uzunmüddətli problem yaratması ilə bağlı məlumat yoxdur, lakin həmin anlıq insanda yaranan narahatlıqlar o günün başlamasında və ya bitməsində öz təsirini göstərir. Avtosfer.az xəbər verir ki. bu sözləri Axar.az-a tıxacların insan psixologiyasına təsirləri barədə danışan psixoloq Aynurə Məmmədəliyeva deyib. O bildirib ki, işə getmək və qayıtmaq saatlarında baş verən tıxaclar insanlarda bir çox psixoloji, fizioloji və zehni narahatlıqlar yaradır: "Tıxaclar ən çox iş yükünün olduğu şəhərlərdə yaranır. Əsasən tıxaclara məruz qalan şəxslərdə o anda yorğunluq, əsəb-gərginlik, baş ağrısı, həyəcan, qorxu, diqqətdə dağınıqlıq, qərar verməkdə çətinlik və s. yaranır. Səhər saatlarında tıxaca düşən insan işə çatdıqdan sonra diqqətini toplamaqda, işlərini idarə etməkdə və ya işlə bağlı qərarlar verməkdə çətinlik çəkir. Tıxacın yaratdığı yorğunluq nəticəsində yanlış qərarlar, diqqətlə bağlı xətalar və bir çox davranış xətaları ortaya çıxır. Yəni tıxaclar dolayı olaraq problemlərin yaranmasına səbəb olur. Gündəlik müşahidə etdiyimiz bu tıxaclar insanda işə gedərkən və qayıdarkən fərqli təsir buraxır. Məsələn, işə gedərkən tıxaca düşən insan işlərini çatdıra bilməyəcəyi, müdirin (və ya digər məsul şəxslərin) ona hirslənəcəyi, işdən qovulması ehtimalına görə həyəcan və qorxu hissi keçirir. Əslində tıxac insanın içərisində var olan bu kimi qorxuları ortaya çıxarır. Bu qorxular da insanda artıq həyəcan yaratdığı üçün onun özü özünü idarə etməsi çətinləşir. Tıxacların insanda ciddi təsir buraxması, əlbəttə ki, həmin şəxsin iş yükünün ağırlığından, müdir-işçi arasındakı münasibətdən, şəxsin məsuliyyət duyğusundan, maddi vəziyyətinin aşağı olmasından, sağlıq problemlərindən, iş saatlarının ciddi olmasından asılıdır. İşlə bağlı müsbət düşüncələri olan insanlara tıxac daha az mənfi təsir edir. Həyəcan pozuntusu olan insanlar tıxacda olan zaman isə daha çox həyəcanlanır, bədəndə titrəmə, kəkələmə, ürək döyüntüsünün artması, təzyiqin normadan kənar olması və s. xüsusiyyətlər özünü göstərir. Tıxaclar əsəbini idarə edə bilməyən insanlar üçün də böyük riskdir. Şahid olduğumuz qəzaların əksəriyyətinin səbəbi də əsəbin idarə edilməməsi ilə əlaqədardır. Əsəbini idarə edə bilməyən şəxslər öncə onlarda daha çox əsəbilik yaradan faktorları bilməlidirlər ki, bunlara qarşı tədbirli olmağı bacarsınlar. Məsələn, əgər tıxacda qalmaq onlarda gərginlik yaradırsa, yolu dəyişdirmək, yola çıxmaq üçün düzgün saatı seçmək, uyğun vasitəni seçmək və bu kimi digər hallara diqqət etməlidir".
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











